Siyasət

  • 17 559

“"Beşinci kolon" grant müqabilində özfəailiyyətlə məşquldur” ÖZƏL-ŞƏRH

image

“Hesab edirəm, xaricdə soydaşlarımızın keçirdikləri aksiyaları siyasiləşdirmək lazım deyil”. Bunu SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.Partiya sədrinin sözlərinə görə, xaricdə keçirilən etiraz aksiyaları, soydaşlarımızın könüllü olaraq erməni işğalına etiraz aksiyası idi: “Bunu dövlət təşkil etməmişdi ki, buna da siyasi don geyindirilsin. Demokratiyadan danışan Avropa ölkələrində, demokratiyadan danışan ABŞ-da soydaşlarımız öz demokratik hüquqlarından istifadə edərək, öz vətənlərinin işğaldan azad olunmasını dilə gətiriblər. Belə aksiyalar hər gün Avropanın hər bir dövlətində görmək mümkündür. İstənilən bir məsələyə hər kəsin etiraz etmək hüququ var. Heç kəs də buna siyasi don geyindirmir. "Beşinci kolon", radikal müxalif qüvvələr, eyni zamanda onlara sponsorluq edən xarici siyasi dairələr bunu siyasi müstəviyə çəkə bilər. Amma hesab edirəm biz buna əhəmiyyət verməməliyik. Çünki onların hədəfi də, məhz budur. "Beşinci kolon" illərdir “falş modernizasiya”ya xidmət edib. Onlar görüntü xətrinə çalışmağa öyrəşiblər. Ona görə də, hazırda xaricdən aldıqları grant müqabilində özfəailiyyətlə məşquldurlar. Bir daha qeyd etmək istəyirəm, xaricdə soydaşlarımızın etiraz aksiyasını siyasiləşdirmək lazım deyil. Qətiyyən buna yol vermək doğru deyil. Avropanın mərkəzində soydaşlarımıza təcavüz edən, onlara xəsarət yetirən erməni barbarlarlığını siyasiləşdirməli və beynəlxalq hüquq qarşısında cavab verməyə məcbur etməliyik. "Milli Şura" adlanan, AXCP və beşinci kalon məsələri hesab edirəm fiaskoya uğradı. Onlar grant müqabilində öz failiyyət və boşboğazlıqla məşqul olub bunu siyasi müstəviyə daşıyaraq, xaricin gözünə siyasətlə məşqul olduqlarını nümayiş edirlər. Ona görə də, onları ciddiyə almaq lazım deyil”.

sia.az

Digər xəbərlər