Siyasət

  • 16 783

“Cəmiyyət qarşısındakı məsuliyyətimizi qətiyyən unutmamalıyıq” ÖZƏL-MÜNASİBƏT

image

Yarım ildən çoxdur ki, bütün planetimizdə fəlakətli durum yaradan COVID - 19 pandemiyası ilə ciddi mübarizə aparılsa da, proses hələ bitmək bilmir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Partiya sədri qeyd edib ki, görülən çeşidli tədbirlərə rəğmən, virus geri çəkilmir: “Mübarizənin ilk günlərindən ölkəmizdə infeksiyanın qarşısının alınması, vətəndaşlarımızın sağlamlığının qorunması üçün səmərəli tədbirlər həyata keçirildi. Azərbaycan dünyada vəziyyətə nəzarət edən ilk dövlətlərdən oldu. Lakin may ayından başlayaraq, hökumətin sərt karantin tədbirlərinin yumuşaldılmasına qərar verməsi ölkəmizdə yoluxma və insan itkisinin sayının artması ilə nəticələndi. Təhlillər göstərir ki, bunun başlıca səbəbi vətəndaşlarımızın əks-epidemik normalara (maska taxılması, sosial məsafə gözlənilməsi, gigiyena tədbirlərinin görülməsi) əməl etməmələri ilə bağlıdır. Əlbəttə, burada başqa faktorların da rolundan danışmaq yerinə düşər. Onların sırasında yumşalma tədbirlərindən öncə lazım olan bütün təlimatların hazırlanmaması, əhalinin sanitar - tibbi maarifləndirmə işinin zəif təşkil edilməsini göstərmək olar.Doğrudur, Cənab Prezident İlham Əliyevin müdaxiləsi, vaxtında verdiyi mühüm qərarlar koronavirusla bağlı vəziyyətin nəzarətdə saxlanmasını təmin etdi. İyulun sonlarından başlayaraq yoluxmaların və insan itkilərinin sayı nəzərəçarpacaq dərəcədə azalmağa başladı. İnfeksiyadan dünyasını dəyişənlərin sayının yoluxmaların ümumi statistikasında çox cuzi (1,5%) olması yenidən yumşalma tədbirlərinə qərar verməsi üçün zəmin yaratmışdır".Partiya sədri qeyd edib ki, artıq bu gündən SMS icazəsi yığışdırıldı, çimərlik mövsümünə start verildi: "Xüsusi dezinfeksiya qurğuları, sanitar qovşaqlar, məlumatlandırıcı lövhələr və digər avadanlıqlarla təchiz edilmiş 120 çimərlik insanların istifadəsindədir. Amma rayonlara gediş-gəliş məsələsində mövcud olan qadağalar hələ ki qüvvədə saxlanılır. Bu, yoluxmaların qarşısının alınması məqsədini güdür. Sosial şəbəkələrdə, digər sərbəst platformalarda buna başqa məna yükləməyin, rəng verməyin qətiyyən yeri yoxdur. Hər kəs dedi-qodulardan uzaq durmalı, öz həyatını, yaxınlarının, doğmalarının, sevdiklərinin həyatını düşünməlidir. Cəmiyyət qarşısındakı məsuliyyətimizi də qətiyyən unutmamalıyıq. Hər zaman olduğu kimi, bizdən çox sadə qaydalara əməl etmək tələb olunur: qapalı məkanlarda, o cümlədən iş yerlərimizdə maska taxmaq, fiziki məsafə saxlamaq, əllərimizi tez-tez yumaq.Dünya mətbuatında xoş xəbərlər dolaşmaqdadır. Hazırda bəzi ölkələrdə koronavirus əleyhinə vaksinin hazırlanması prosesi yekunlaşmaq üzrədir. Yaxın aylarda, bəlkə də həftələrdə, yəqin ki, peyvəndlər insanların istifadəsinə veriləcək. Odur ki, səbrimizi basıb bir az da dözməliyik. Alternati v yoxdur!”.

sia.az

Digər xəbərlər