Siyasət

  • 16 807

"Ermənilər tarix boyu digər dövlətlərin ənənələrini mənimsəyiblər" ÖZƏLI - AÇIQLAMA

image

"Ermənilər öz torpağı, dövləti, vətəni olmayan bir xalq kimi həmişə çalışıblar ki, digər dövlətlərin, millətlərin ənənələrini mənimsəsinlər. Onlara yad olan və ümumiyyətlə aidiyyəti belə olmayan ənənələri özününküləşdirib, öz xalqının varlığı kimi qələmə verməyə səy göstəriblər". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin "Siyasi Elmlər" kafedrasının professoru, politoloq Fikrət Sadıxov deyib.Onun sözlərinə görə, demokratik şüarlarla hakimiyyətə gələn Nikol Paşinyanın faşist ideologiyasının və nasizm rejiminin qəti təbliğatçısı olduğu artıq hamıya məlumdur: "Nikol Paşinyanın atdığı indiki addımlar və onun yürütdüyü siyasət də bunu sübut edir. Bu gün Ermənistanda irqçiliklə bağlı, faşizm ideologiyasının təbliği ilə bağlı hətta bəddi və sənədli filmlər də çəkilir. Ermənistanda gənc nəsil və uşaqlar bu ruhda böyüdülür. Cizgi filmləri vasitəsilə onlarda türklərə və azərbaycanlılara qarşı nifrət hissi yaradılır. Bu artıq Ermənistan siyasətində əsas istiqamətə çevrilib. Təbii ki, buna qarşı mütləq şəkildə aparıcı ölkələr, beynəlxalq təşkilatlar öz münasibətlərini və mövqelərini bildirməlidirlər. Əks halda ermənilərin bu siyasəti Ermənistan sərhədlərindən kənarda da yayıla bilər və artıq yaranır da. Bir çox dövlətlərdə erməni lobbisi və onların təşkilatları bu məsələlərlə məşğul olurlar. Ermənilər bu istiqamətdə görülən işləri əsas prioritet hesab edirlər".Fikrət Sadıxov ermənilərin hər şeyi mənimsəmə xüsusiyyətindən və bunun səbəblərindən də danışıb: "Bunun əslində əsas səbəbi ondan irəli gəlir ki, ermənilərin tarix boyu heç vaxt nə torpaqları, nə də dövlətləri olmayıb. Onların özlərinə aid vətənləri heç vaxt olmayıb və onlar ömür boyu sadəcə qaraçı dəstə kimi bir ölkədən digər ölkəyə qaçıb kimdənsə gizlənməyə çalışıblar. Öz torpağı, dövləti, vətəni olmayan bir xalq kimi çalışıblar ki, digər dövlətlərin, millətlərin ənənələrini mənimsəsinlər. Onlara yad olan və ümumiyyətlə aidiyyatı belə olmayan ənənələri özününküləşdirib, öz xalqının varlığı kimi qələmə verməyə səy göstəriblər. Bu hər bir sahədə özünü göstərib. Həm tarixi məsələlərdə, həm mədəni sahələrdə, musiqi, ədəbiyyatla bağlı məsələlərdə özünü göstərib. Hətta kulinariya sahəsində belə onların iştahları o qədər böyükdür ki, Azərbaycanın yeməklərini belə özününküləşdirməyə çalışıblar. Əsas səbəb isə qeyd etdiyim amillərdən ibarətdir".

sia.az

Digər xəbərlər