"Azərbaycan ordusu NATO standartlarına uyğun inkişaf edir" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan ordusu NATO standartlarına uyğun şəkildə inkişaf edir və yenilənir. Bu baxımdan Azərbaycanda Türkiyənin və ölkənin hərbi təcrübəsindən istifadə edilir. Bütün bunlara nəzərə alaraq iki ölkə arasındakı əməkdaşlıq gələcəkdə də bu istiqamətdə inkişaf etdiriləcək". Bu sözləri SİA-ya açıqlamaısnda Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin Azərbaycana səfərindən danışarkən deyib.Onun sözlərinə görə, Türkiyə Azərbaycanın steratejik əməkdaşılq qurduğu ölkələrdən biridir və bu istiqamətdə iki ölkə ərasında fikir mübadiləsi, gələcəkdə hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur: "Türkiyə və Azərbaycan arasında yüksək səviyyədə hərbi təlimlər həyata keçirildi. Həmçinin, iki ölkə arasında fikir mübadiləsi aparıldı. Həmçinin, hərbi əlaqələrin qurulması, gələcəkdə hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də müzakirə olunur. Türkiyə bizim starejik əməkdaşlıq etdiyimiz ölkədir. Ona görə də tez-tez Türkiyənin hərbi rəhbərliyi ilə Azərbaycanın hərbi rəhbərliyi arasında görüşlər olur, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılır və əməkdaşlıq edilir. Kadrların hazırlanması və yaxud texniki imkanların mübadiləsi və s. məsələlər istiqamətində danışıqlar aparılır".Ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq gələcəkdə də davam etdiriləcək: "Çünki, Azərbaycan ordusu da NATO standartlarına uyğun şəkildə inkişaf edir və yenilənir. Bu baxımdan Türkiyə və Türkiyənin hərbi təcrübəsindən də Azərbaycanda istifadə olunur. Bütün bunlara nəzərən bu əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək".

sia.az