Siyasət

  • 9 063

“Akopyanın hərbi təlimləri Ermənistanın işğal siyasətinin rəsmi nümayişidir” ÖZƏL-MÜNASİBƏT

image

“Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki hərbi təlimlərdə iştirakı bölgədə sülh və təhlükəsizliyə ciddi təhdiddir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.Alyansın sədri vurğulayıb ki, Anna Akopyanın bu addımı Paşinyanın inqilabi diktatorluğunun və Ermənistanın hərbi təcavüzünün əsl mahiyyətini sübut edir və öz işğal siyasətini davam etdirəcəyini rəsmi olaraq nümayiş etdirir: “2018-ci ildə özünü bölgədə "sülh müdafiəçisi" kimi təqdim edən və azərbaycanlı qadınları "Qadınlar Sülh Naminə" kampaniyasına dəvət edən Anna Akopyan bu gün özünün "sülhsevər qadınları" ilə birlikdə 30 ildən artıq Ermənistanın hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirir, əlində tutduğu Kalaşnikov avtomatı ilə mülki azərbaycanlıların yaşadığı kəndləri hədəf alır. Paşinyanın inqilabi diktatorluğunun və Ermənistanın hərbi təcavüzünün əsl mahiyyətini Anna Akopyanın bu addımı açıq şəkildə ortaya qoyur. Bu onu göstərir ki, Ermənistan beynəlxalq qanunlara, dünya dövlətlərinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi ilə bağlı tələblərə nəinki məhəl qoymur, öz işğal siyasətini davam etdirəcəyini rəsmi olaraq nümayiş etdirir. Əgər bu gün Ermənistan siyasi rəhbərliyinin çağırışı ilə hətta qadınlar müharibəyə hazırlaşdırılırsa, hansı sülh prosesindən söhbət gedə bilər? Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, BMT TŞ-nın Qətnamələrinə, ATƏT-in Minsk Qrupunun və digər beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayan, Ermənistan siyasi xətti ilə baş nazirinin həyat yoldaşı Anna Hakobyanın sülhün dəyərlərini açıq formada təhdidetmə hərəkətlərini təbliğ etdiyi bir zamanda Ermənistana sanksiyaların tətbiq edilməsinin qaçılmaz olduğunu bəyan edirik”, - deyə Nüşabə Məmmədova bildirib.Nüşabə Məmmədova onu da diqqətə çatdırıb ki, Beynəlxalq Dialoq və İnkişaf Alyansı Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki hərbi təlimləri ilə bağlı Bəyanat da yayıb.

sia.az

Digər xəbərlər