Siyasət

  • 8 508

Vüqar İskəndərov: Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda formalaşıb

image

“Bu gün Azərbaycan bütün dünyada özünün milli maraqlarını qətiyyətlə qoruyan, heç kimdən asılı olmayan güclü və nüfuzlu dövlət kimi tanınır. Azərbaycanın müsbət reallıqlarından biri də məhz ölkə gənclərinin vətənpərvərlik ruhunun yüksək olmasıdır”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov bildirib ki, Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Respublikamız bizim üçün bir nömrəli milli məsələ olan Dağlıq Qarabağ probleminin həllində belə prinsipial yanaşma sərgiləyərkən ilk növbədə özünün ordusuna arxalanır. Azərbaycan Ordusu getdikcə daha da güclənir. Son illərdə qoşunların təmas xəttində düşmən ölkənin törətdiyi təxribat cəhdlərinin qətiyyətlə dəf edilməsi onu deməyə əsas verir ki, Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqları məhz ordusunun gücü ilə azad edəcək. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı dövlətin hərbi bölmələrinin iyulun 12-də və sonrakı günlərdə törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması isə silahlı qüvvələrimizin zəfər tarixinə növbəti şanlı səhifə kimi yazılıb.
Millət vəkili qeyd edib ki, Azərbaycan cəmiyyəti, o cümlədən də gənclərimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərdilər: “Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan onmilərlə gəncimiz könüllü olaraq cəbhəyə getmək və düşmənə qarşı vuruşmaq istəklərini bildirib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət ediblər. Bu kimi amillər bir daha gənclərimizin hərbi vətənpərvərlik hisslərinin güclü olduğunu sübut edir”.

yap.org.az

Digər xəbərlər