"Hər bir xalq üçün onun liderinin kim olması önəmlidir" ÖZƏL-RƏY

“Son zamanlar, bizlər 1992-1994 -cü illərdə olduğu kimi, yenidən intensiv şəkildə geosiyasi mərkəzlərin ölkəmizə qarşı siyasi və hərbi təhdidinin şahidiyik. Sözsüz ki, bu gün müstəqil şəkildə aparılan daxili və xarici siyasət kursu bu kimi hallara öyrəşməmiş bəzi mərkəzlər üçün arzuolunmazdır. Və onlar, öz resurslarını işə salaraq rəsmi Bakını öz mövqeyindən döndərmək istəyirlər”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, 2005-2018 -ci illərdə Vaşinqton və Brüsselin bacarmadığını indi başqa vektorlar həyata keçirmək istəyirlər: “Lakin ortada bir fakt var. Azərbaycan postsovet dövlətlərinin hamısından fərqlənir. Şərqi Avropadan tutmuş Çinə qədər coğrafiyada-rus orkestrinin sədaları altında oturub-duran 5-ci kalonçular və ya xut Qərbin müxtəlif fondlarından asılı olan “liberal” fiqurların idarə etdiyi dövlət deyil bura. Azərbaycanda Brusselin, Vaşinqtonun, Moskva və Tehranın uzun müddət imtina etmədikləri və “üzərlərində işlədikləri” siyasi fiqurlar elə maksimum fiqur olaraq da, ortalıqda onun-bunun qapısında yatacaqlar.Bu gün müstəqil Azərbaycan dövləti yeni dövlətçilik epoxası ilə üz-üzədir. 2018-ci ildə Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra Mehriban xanım Əliyevanın Birinci vitse-prezident seçilməsi ilə ölkədaxili siyasətdə islahatların surətlənməsi, kadr və ideoloji yanaşmadakı müsbətə doğru tendensiya göz önündədir… Bu, ölkədaxilində iqtidara kölgə yaratmaq istəyənlər və onların xaricdəki dostları üçün arzuedilməz gedişatdır.Bu gün Azərbaycan dövlətinin bəxti ona görə gətirib ki, onun lideri Ulu Öndərin davamçısı olan, daima milli maraqlarımızı bütün maraqlardan üstün tutan şəxsdir.Hər bir xalq üçün onun liderinin kim olması önəmlidir. Liderin dövlət üçün prinsipial məsələlərdə tutduğu mövqe, göstərdiyi davranış, təkcə həmin an üçün deyil, bütün tarixboyu xalqın və dövlətin taleyini, gələcəyini müəyyənləşdirəcək məsələdir. 2008 -ci ildə Kremldə qalstukundan tutulub küncə sıxılan Fransa lideri Sarkozidən, saatlarla Kremldə ayaqüstə durub Putini gözləyən bir çoxlarından fərqli olaraq, İlham Əliyev qarşısında kimin olmasından asılı olmayaraq ümumilli məsələlərdə hər zaman prinsipiallığı ilə seçildi və seçilməkdə davam edir. Bu prinsipiallığı, biz bu yaxınlarda Tovuz hadisələri zamanı Rusiyanın Ermənistanı silahlandırmasına etiraz zamanı gördük. Lakin, bu, ilk və son deyildi.Yaxın keçmişdən, 2008 -ci ilin məlum hadisələrinə nəzər salarkən də, xalqın liderinin bu kimi davranışlarını görmüş olarıq. Məsələn, 2008-ci ildə telefonu götürüb, Baş nazir Putinə “atılan bombaların Batumidə Ceyhana gedən neft kəmərlərini hər an zədələyə biləcəyi”ni dilə gətirməsi…Elə həmin müharibə vaxtı Gəncə hava limanının xarici diplomatların Gürcüstana gediş-gəlişini üçün mərkəzə çevirmək də,heç də hər kəsin ata biləcəyi addım deyildi…Həmin vaxt Polşa istisna olmaqla Aİ-nin bütün liderlərinin ağızlarına su alması Qərbin dünyadakı imicinin zədələnməsində faktı danılmaz ləkələrdəndir.Və yaxud həmin illərdən bir neçə il sonra, Sürix protokollarıyla bağlı dünyanın aparıcı dövlətinin təcrübəli başçısı və onun xanım müavininin israrla İstabula dəvətlərinin Prezidentimiz tərəfindən rədd edilməsi….Bəli, Azərbaycan lideri dönməzdir, o prinsipialdır. Onun məqsədi də, siyasi baxışları də bəllidir. Azərbaycan dövlətinin maraqları, Azərbaycan xalqının maraqları dünyada böyüyündən-kiçiyindən tutmuş hər kəs tərəfindən nəzərə alınmalıdır. Nəzərə alınmayan vaxtlarda isə, mütləq şəkildə coğrafi cəhətdən kiçik Azərbaycan Respublikasının mərkəzi Bakının böyük prisipiallığı və qəti addımları ilə üzləşməlidir.Azərbaycan heç zaman qonşuların siyasi vassalı olmağını, region dövlətlərinə qarşı isə, forpost olmanı qəbul etməyəcək. Yaxşı olardı kı, dünyanın Qərbindən tutmuş Şərqinə, Şimalından tutmuş Cənubuna qədər hər kəs bu reallığı qəbul etsin”.

sia.az