Siyasət

  • 7 463

YAP Nərimanov rayon təşkilatında qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə onlayn görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə videokonfrans formatında görüş keçirilib.

Görüşü YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq gəncləri təbrik edib, son illər respublikamızda, o cümlədən Nərimanov rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən danışıb. O, Ulu Öndər Heydər Əliyevin, Onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi olan uşaq və yeniyetmələrin, gənclərin bilik və bacarığının, intellektinin yüksək səviyyədə formalaşdırılması sahəsində misilsiz xidmətlərindən, böyük diqqət və qayğısından bəhs edib. T.Tağıyev ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib. Təşkilat sədri, həmçinin, Yeni Azərbaycan Partiyası tərəfindən ölkəmizin, dövlətimizin, eyni zamanda gənclərin inkişafı üçün önəmli layihələr həyata keçirildiyini diqqətə çatdırıb.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova çıxış edərək abituriyentləri nailiyyətləri münasibəti ilə təbrik edib, Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, ölkədə bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılmasından, onların maddi-texniki bazasının gücləndirilməsindən danışıb. Bildirib ki, YAP Nərimanov rayon təşkilatı və onun Gənclər Birliyi bütün gənclərlə əməkdaşlığa və gənclərin ideyalarını hər zaman dəstəkləməyə hazırdır.
Sonra çıxış edən gənclər Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından danışaraq, qazandıqları uğurları məhz bu diqqətin təzahürü kimi dəyərləndiriblər.
Görüşdən sonra YAP Nərimanov rayon təşkilatı tərəfindən abituriyentlərə hədiyyələr təqdim olunub.

yap.org.az

Digər xəbərlər