Siyasət

  • 7 951

YAP Sabunçu rayon təşkilatında qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə videokonfrans formatında görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında qəbul imtahanlarında yüksək bal toplayan Sabunçu rayonundan olan gənclərlə videokonfrans formatında görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bu il tələbə adını qazanan məzunları təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb. O, Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu siyasətin uğurlu nəticələri Sabunçu rayonunun həyatında da öz əksini tapır. M.Abasquliyeva Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu , hər il bu sahəyə artan dövlət qayğısınin əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, Sabunçu rayonu üzrə 24 nəfər qəbul imtahanlarında 650 baldan yuxarı nəticə göstərib.
Daha sonra çıxış edənlərdən YAP Sabunçu rayon təşkilatının aparat rəhbəri Rəşad Abbasəliyev, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri Qüdrət Əlipənahov, YAP Sabunçu rayon Gənclər Birliyinin fəal üzvü Sərxan Şahverdiyev və görüşdə iştirak edən məktəb direktorları rayonunun çətin bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün gəncləri böyük uğur münasibətilə təbrik ediblər.
Öz növbəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış Sabunçu rayon gəncləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, YAP Sabunçu rayon təşkilatı tərəfindən yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərə hədiyyələr göndərilib.

yap.org.az

Digər xəbərlər