Siyasət

  • 7 317

"Məmurların, yüksək vəzifəli şəxslərin korrupsiyaya bulaşması dövlətin çökməsinə səbəb olur" ÖZƏL-MÖVQE

image

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin ən çox önəm verdiyi məsələlərdən biridir. Çünki dövlət başçısı bunu öz çıxışlarında da qeyd edir və fəaliyyətində də göstərir ki, korrupsiya bir dövləti içəridən dağıdan ən təhlükəli təzahürlərdən biridir. Özəlliklə də məmurların, yüksək vəzifəli şəxslərin korrupsiyaya bulaşması dövlətin çökməsinə səbəb olur. Ona görə də Prezident İlham Əliyev korrupsiyaya qarşı davamlı, fasiləsiz və tərəddüdsüz mübarizə aparır. Təbiidir ki, bu mübarizədə korrupsiyaya qarşı mübarizə üçün qurulmuş dövlət strukturunun da ayrıca rolu var". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclasında da bu məsələnin bir daha aktuallaşdırılması, eyni zamanda yeni tərkibdə komissiyanın formalaşdırlması mübarizənin növbəti mərhələsindən xəbər verir: "Biz hamımız görmüşük və şahidi olmuşuq ki, Prezident İlham Əliyev məhz özünün təyin etdiyi kadrların korrupsiyaya bulaşmasına dözümsüz yanaşır. Biz ayrı-ayrı icra başçılarının, məmurların həbsi ilə bağlı görüntüləri hamımız izləmişik. Burada heç kimin gözünün yaşına baxılmır və heç kimə güzəştə gedilmir. Hətta dövlət başçısına guya sədaqəti ilə fərqlənən adamlar belə korrupsiyaya bulaşdığı anda onlara qanun çərçivəsində ən sərt tədbirlər görülür. O baxımdan düşünürəm ki, indi komissiyanın yenidən formalaşdırılması və fəaliyyətinin daha da genişləndirilməsi əlbəttə ki, bu bəlanın kökünün birdəfəlik kəsilməsinə hesablanıb. Yəni Prezident İlham Əliyev bu məsələdə heç kimə güzəşt etməyib və bundan sonra da etməyəcək. Bizim isə vətəndaş olaraq mövqeyimiz həmişə bundan ibarət olub ki, ölkə başçısının bu cür mübarizəsində mütləq onun yanında olaq və ona dəstək verək”.

sia.az

Digər xəbərlər