Siyasət

  • 7 534

ADP sədri müxalifətin uğursuzluğunu kimlərlə əlaqələndirdi? MARAQLI

image

Sərdar Cəlaloğlu: “Əli Kərimli ya dağıtmaqla məşğul olub, ya da ümumiyyətlə, birliklərin yaranmasına imkan verməyib”

Ənənəvi müxalifətin uzun illər müxtəlif yollarla hakimiyyətə yiyələnmək arzularının baş tutmaması, boşa çıxması artıq belə bir qənaətə gəlməyə zəmin yaradır ki, sözügedən düşərgənin “liderləri” qalsalar da, getsdələr də, hətta onları əvəzləyən yeni şəxslər ortaya çıxarlarsa belə, köhnə və nimdaş düşüncələr müxalifətin müasir siyasi standartlara cavab verməsini mümkünsüz edəcək. Çünki bunun daha bir səsəbi uzun illərdir siyasi arenada var-gəl edən funksionerlərin normal, sivil düşüncə tərzi ilə deyil, hərislik nümayiş etdirmələridir. Uuzun illərdir istər icazəli, istərsə də icazəsiz aksiyaları ilə sifarişlər həyata keçirən düşərgə təmsilçilərinin yerlərində addımlamaları faktlarından biri də məhz budur.Lakin maraqlı məqamlardan biri də budur ki, həmin düşərgədə təmsil olunanlar özləri də demək olar ki, həmin ittihamları irəli sürməklə yalnız bir həqiqəti daha müfəssəl izah edirlər. Bu gün müxalifətin demək olar ki, yox səviyyəsində olması davamlı uğursuzluqların düşərgəni müşayiət etməsinin əsl səbəbkarları əsasən AXCP sədri Əli Kərimli və Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərdir.
“Həmin dövrdə hətta Müsavatın üzvləri belə bir-birinə güzəştə getmədilər”
SİA xəbər verir ki, bununla bağlı ADP sədri Sərdar Cəlaloğlu maraqlı məqamlara toxunub və ittihamlarını bilavasitə ənənəvi düşərgə “liderlərinin” üzərinə doğru yönəldib. SİTAT: “Həmin dövrdə elə zənn edirdilər ki, bu dəqiqə hakimiyyəti ələ alacaqlar, hökuməti təşkil edəcəklər. Bu düşüncə ilə ciddi mübarizə aparılmırdı. Azərbaycanda hər zaman yüzdə-yüz qələbəyə inam olmadığı üçün insanlar siyasi və şəxsi maraqlarından çıxış edib, birliyin əleyhinə çıxıblar. Müsavat və AXCP düşünüb ki, qələbə qazanacaqlar, bunun üçün də bu qələbəni heç kimlə bölüşmək istəməyiblər”.S.Cəlaloğlu daha bir maraqlı məqama toxunub və bildirib ki, İsa Qəmbər 2003-cü ildə prezidentliyə namizəd olanda ilk dəfə siyasi qüvvələrlə əməkdaşlığa getdi və bilirsiniz ki, Rəsul Quliyev də onu dəstəklədi. Onun sözlərinə görə, həmin dövrdə hətta Müsavatın üzvləri belə bir-birinə güzəştə getmədilər: “Elə dairə var idi ki, iki müsavatçı rəqabətdə idi. AXCP ilə Müsavat bir çox dairədə razılaşa bilmədilər”.
“Əli Kərimli hər kəsi agent hesab edir, amma kimin-kimlə nə əlaqələrinin olduğunu yaxşı bilirik”
AXCP sədri Əli Kərimlinin də daim müxalifətdəki dəyişikliklərə mane olduğunu deyən ADP sədri onu dağıdıcılıqda günahlandırıb: “Əli Kərimli hər zaman Azərbaycanda dəyişiklərə mane olub. Müxalifət daxilindəki birlikləri də Əli Kərimli ya dağıtmaqla məşğul olub, ya da ümumiyyətlə, birliklərin yaranmasına imkan verməyib. Bunu nə üçün edib, özü bilər. Hər halda onun da öz maraqları var”.S.Cəlaloğlu Əli Kərimlinin maraqlarına cavab verməyənləri “agent” adlandırmasına da münasibət bildirib və əslində onun özünün zaman-zaman agentlik etdiyini deyib: “O, hər kəsi agent hesab edir. Düşünür ki, birliyə gəlmək istəyənlər səmimi deyillər. Amma hər halda biz Azərbaycanda uzun müddətdir ki, siyasətdəyik. Kimin-kim, kimin-kimlə nə əlaqələrinin olduğunu yaxşı bilirik”.

sia.az

Digər xəbərlər