Siyasət

  • 7 745

“Ermənilər terror aktları törətməkdə məşhurlaşıblar” ÖZƏL-MÜNASİBƏT

image

“Həqiqətə qiymət vermək üçün bir balaca tarixi araşdırmalar aparmaq lazımdır, real faktlara istinad etmək vacibdir. Faktlara, tarixi keçmişə istinadə edəndə biz görürük ki, terrorçuluq, sui-qəsd, təcavüz erməni xalqının adına yazılıb”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri xatırladıb ki, bu xalq, ermənilər bütün əsrlər boyu nəinki azərbaycanlılara qarşı, türklərə qarşı, eləcə də dünyanın bir çox xalqlarına qarşı terror aktları törətməkdə məşhurlaşıblar.“Baxın, Andronik çörəyini yediyi Türkiyəyə qarşı xəyanət edib, ən qatı terrorçulardan biri olub və minlərlə azərbaycanlının, Anadolu türkünün qanına susayıb, qan tökməkdə ad çıxarıb. Njde terrorçuluq, faşizmə xidmət etmək, nasizmi təbliğ etmək və onun əsl iştirakçılarının biri kimi ad qazanıb. ASALA terror təşkilatı bütün dünyada artıq məşhurdur. Bu terror təşkilatı Rusiyada, Fransada, Türkiyədə, dünyanın bir çox ölkələrində terror aktları törədib, ölkə rəhbərlərinə, səfirlərə, eləcə də dinc sakinlərə qarşı. Onlar xeyli sayda terror törədiblər və xeyli sayda insanların ölümünə səbəb olublar. Bu gün də Ermənistan terrorçu, təcavüzkar bir dövlət kimi tanınır və dünyanın əksər ölkələrinə bu terrorçuluq yaxşı bəllidir. Xüsusilə, Bakıda törədilən terror aktları, eləcə də digər yerlərdə törədilən terror aktları, Azərbaycanın işğal olunmuş ərazilərində törədilən o təcavüz, terror hamısı buna sübutdur. Bu gün də onlar terrorçuluqla məşğuldurlar və bir neçə il bunadan əvvəl də məlum oldu ki, işğal olunmuş Qarabağ torpaqlarında terrorçu qruplar gəlib mərkəz yaradıblar və orada insanların terrora alışdırılması, öyrədiləməsi işləri gedir. Artıq son hadisələr də sübut edir ki, ermənilər bu terrorçuluq əməllərindən əl çəkmirlər. Onlar Livanda, Suriyada yaşayan bir qrup terrorçunu artıq İrəvan vasitəsi ilə Qarabağ torpaqlarına ötürürlər və gələcəkdə onlardan istifadə etmək istəyirlər Azərbaycanın müəyyən ərazilərini tutmaq fikrindədirlər. Əlbəttə ki, belə olan halda bunlar fakt qarşısında acizdirlər və bu faktları bunlar müəyyən qədər yumşaltmaq, özlərinə bəraət qazandırmaqdan ötrü indi azərbaycanlıların adına belə bir dezinformasiyalar yayırlar. Bu da əlbəttə ki, təxribatın bir formasıdır ölkəmizə qarşı. Tarixdə elə bir fakt varmı ki, Azərbaycan xalqının hansısa bir bir nümayəndəsi, hansısa bir vətəndaşı xarici ölkələrin birində bir terror aktı törətsin və kütləvi bir qırğına səbəb olsun? Belə fakt yoxdur və Azərbaycan xalqının oğulları, qızları heç zaman terrorla məşğul olmayıblar. Onlar açıq-aşkar mübarizə aparıblar düşmənə qarşı, sinələrin düşmənə qarşı veriblər və münarizədə qalib gəliblər. Onlar xəyanət yolunu, terror yolunu, qəsd yolunu heç zaman tutmayıblar. Hətta ermənilərə qarşı mübarizədə də azərbaycanlılar erməni uşaqlarına, erməni qadınlarına əl qaldırmayıblar, onlara qıymayıblar, onları azad ediblər, onları xilas ediblər. Ancaq, əfsuslar olsun ki, ermənilər bu bəşəri duyğulardan uzaqdırlar, onlar minlərlə uşağı süngüyə keçiriblər, minlərlə uşağı, vətəndaşı yandırıblar, diri-diri basdırıblar, qanlarına qəltan ediblər və bunun hamısı faktlardır”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər