Siyasət

  • 5 668

YAP Gəncə şəhər təşkilatının gənc fəalları erməni xislətindən zərər çəkən azyaşlılara baş çəkdilər

image

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı qadağan olunmuş raket Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarını yerlə yeksan etdi. Erməni vandallarının təcavüzü nəticəsdə 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 40nəfər yaralandı.
YAP Gəncə şəhər təşkilatının gənc fəalları ermənilərin riyakar xislətindən və təcavüzkar siyasətindən zərər çəkən azyaşlılara baş çəkiblər. Evləri yerlə yeksan olan, valideynləri erməni vandalizminin qurbanı olan balacaların dərdinə şərik olan gənclər onlara oyuncaqlar, gəlinciklər hədiyyə ediblər. Gənclər Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulan binaların altından çıxarılan balacalara gördükləri dəhşətləri unutdurmağa çalışıb, maraqlı söhbətləri ilə onları əynəndirib, məsum üzlərini güldürməyə çalışıblar.
Qeyd edək ki, oktyabrın 10-dan 11-nə keçən gecə dinc Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində yaralanan 40 nəfərin 10 nəfəri məktəblidir. ÖmərMehdiyev 2-ci, Səlim Mustafazadə 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı, Aysu Əliyeva 10-cu, Şəfa və Şəmiddin Şirinovlar isə 6-cı və 7-ci sinif şagirdləridirlər.

yap.org.az

Digər xəbərlər