Siyasət

  • 5 183

Məhəbbət İbrahimova: Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı yönələn işğalçılıq siyasətini kəskin şəkildə qınamalıdır

image

“İşğalçı Ermənistanın terrorçu siyasət yürütdüyünü, çirkin əməllərini, müharibə cinayətlərini pərdələməyə çalışması heç bir fayda verməyəcək. Düşmənin iç üzü, məkrli xisləti sülhdən, haqq-ədalətdən nə qədər uzaqda olduqları açıq-aydın görünür”. Bu fikirləri YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.

Məhəbbət İbrahimova bildirib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından dərhal sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının növbəti bariz göstəricisi oldu.
Dünya ictimaiyyəti oktyabrın 11-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən Gəncəni raket hücumuna tutması nəticəsində 4-ü qadın olmaqla 10 nəfərin həlak olduğunun, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfərin yaralandığının şahidi oldu. Hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və video görüntülər ermənilərin növbəti yalanlarını ifşa etdi. Eyni zamanda, bəşəriyyət ermənilərin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını gördü.
“Dünya xalqları gördülər ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarına, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymur, Azərbaycanın dinc əhalisini qəsdən, məqsədyönlü şəkildə hədəfə almaqda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirən Ermənistan dinc insanları və şəhərləri atəşə tutması ilə barbarlığını təsdiq etdi”, - deyə M.İbrahimova qeyd edib.
Onun sözlərinə görə, Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən, təmas xəttindən kənarda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Beyləqan, Goranboy, Göygöl, Bərdə, Tərtər, Zərdab, Xızı və Abşeron ərazilərini Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə ardıcıl olaraq raket hücumlarına məruz qalır. Düşmən isə törətdiyi cinayətləri həyasızcasına xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.
Regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin şahidi olan dünya, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı yönələn işğalçılıq siyasətini kəskin şəkildə qınamalı, gözünü qan tutan Ermənistanı beynəlxalq hüquqa, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir.

yap.org.az

Digər xəbərlər