Siyasət

  • 10 142

İmamverdi İsmayılov: Azərbaycan dövləti torpaqlarımızın azadlığı uğrunda gedən müharibəni zəfərlə sonlandıracaq və həmin ərazilərdə yenidən həyat canlanacaq

image

“Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli günlərini yaşamaqdadır. Artıq 30 ilə yaxındır ki, düşmən işğalında olan torpaqlarımız ard-arda azad edilir. Milli Məclisdə təmsil etdiyim Zəngilan rayonunun işğaldan azad olunması münasibətilə Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevi və bütün xalqımızı bir daha təbrik edirəm. Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azad edilməsi uğrunda apardığı mübarizədə göstərdiyi rəşadət qələbələrimizin əsas təkanverici qüvvəsidir. Mən inanıram ki, ölkəmizdəki xalq-dövlət birliyi Azərbaycanın haqlı mübarizəsində tam qələbəni təmin edəcək”. Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

Onun sözlərinə görə, illərdir, öz doğma yurd-yuvalarından didərgin düşmüş, Ermənistanın təcavüzkar siyasəti ucbatından məcburi qaçqın həyatı yaşayan vətəndaşlarımızın sevincinin həddi-hüdudu yoxdur. “Mən bir millət vəkili olaraq seçicilərimlə hər görüşdə vətəndaşlarımızın doğma yurdlarının azad ediləcəyinə, oraya qaydacaqlarına inamını görürdüm. Zəngilan, Qubadlı camaatı bir gün də olsun, bu inamını, yəni cənab Prezidentimizin o torpaqları azad edəcəyinə inamını itirməmişdi. Bu gün həmin tarixi an yetişib. Azərbaycan xalqı bir daha Ali Baş Komandanın bütün cəbhələrdə - həm döyüş, həm də siyasət meydanında nümayiş etdirdiyi peşəkarlığı gördü. Bu gün bütün dünya ictimaiyyəti cənab Prezidentimizin müdrikliyini, siyasi dühasını, peşəkarlığını həsədlə izləyir. Qısa zaman kəsiyində Azərbaycanı yerləşdiyi regionun lider dövlətinə, ölkəmizi beynəlxalq platformaların siyasi aktoruna, qlobal iqtisadi layihələrin təşəbbüskarına çevirən cənab İlham Əliyevin apardığı genişmiqyaslı fəaliyyəti Azərbaycanın bütün uğurlarının əsasını təşkil edir. Mən inanıram ki, Azərbaycan dövləti Dağlıq Qarabağda gedən müharibəni zəfərlə sonlandıracaq və qısa müddətdə həmin ərazilərdə yenidən həyat canlanacaq”, - deyə o bildirib.

yap.org.az

Digər xəbərlər