Siyasət

  • 4 111

Pərvin Kərimzadə: Ermənistan məğlubiyyəti ilə barışmalıdır

image

Bu gün Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü ilə otuz ildən bəri düşmən işğalında, tapdağında qalan torpaqlarımızın nisgilinə son verilir.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusunun, qorxmaz vətənpərvər oğullarımızın mərdliyi, igidliyi sayəsində xəbisçəsinə torpaqlarımıza hücum edən Ermənistanın işğalçı silahlı qüvvələrinin zabit və əsgərləri, muzdluları səhf yolda olduqlarını başa düşərək bütün texnikalarını, hərbi sursatlarını qoyaraq geri çəkilirlər.
İllərdir əsirlikdə qalan, əsl sahibini gözləyən torpaqlarımızın işğaldan azad edilməsi, hər gün Azərbaycan bayrağının işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılması hər birimizi qürurlandırır, köksümüzü iftixarla doldurur. Fərəhli haldır ki, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müzəffər Azərbaycan Ordusunun gücü, qüdrəti özgə malına göz tikən, dinc əhalini qətlə yetirən, 1 milyondan artıq soydaşımızı yurd-yuvasından didərgin salan Ermənistana layiq olduğu yeri göstərdi.
Havadarlarına ümid olub böyük xülyalara dalan xain qonşularımız artıq məğlubiyyətləri ilə barışmaqdan ayrı çarələri qalmayıb. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur”.
Azərbaycan xalqı illərdir qəlbinin başında qaysaq bağlayan Qarabağ yarasının sağaldığını, işğal olunmuş torpaqlara qayıtmaq arsuzunun reallaşdığını gördükcə Prezidentinə, Ali Baş Komandanına, Ordusunun gücünə daha çox arxalanır, haqq-ədalətin tezliklə zəfər çalacağına əmin olur.
Ali Baş Komandanın qələbə iradəsi, rəşadətli Ordumuzun igidlərinin əhval-ruhiyyəsi, qələbə əzmi Böyük qayıdışın qısa zaman ərzində tam reallaşaçağına zəmanət verir.
Hərb meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. Vətən torpaqlarını azad etmək kimi şərəfli mübarizədə Azərbaycanın mərd oğulları ruh yüksəkliyi ilə ali məqsədə doğru irəliləyirlər. Ölkə Prezidentimiz də qeyd edir: “Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir”.
Azərbaycan Prezidenti, dəfələrlə çıxışında Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasına çağırışlar edib, Ermənistanın işğal siyasətindən əl çəkməyə və torpaqlarımızı azad etməyə çağırıb. Təəssüf ki, dünyanın terrora, işğalçılıq siyasətinə “dur” dediyi halda Ermənistan təcavüzkar siyasətindən, xəbis niyyətindən əl çəkmir. BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qəbul etdiyi dörd qətnaməsini heçə sayan faşist ideologiyası yürüdən Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarla kifayətlənmədi, yeni əraziləri şğal etmək arzusuna düşdü. İyul ayında Tovuz hadisələri, ardınca da sentyabrın 27-dən bu günə qədər törədiyi vandalizm akları Ermənistanın sülhü yox, işğal yolunu tutduğunu təsdiq etdi.
Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində ölkə Prezidenti İlham Əliyev sentyabrın 27-də döyüşlərə başlayan tərəfin Ermənistan olduğunu qəti şəkildə bildirdi: “Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavabverməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik”.
Bu gün müzəffər Azərbaycan Ordusu düşməni qova-qova torpaqlarımızdan çıxarır. Eyni zamanda xalqımızın ölkə Prezidenti İlham Əliyevin qətiyyəti, xalqa, Vətənə sevgisi ətrafında birləşərək yaratdığı milli birlik, vəhdət, həmrəylik düşmənin məkrli planlarını heçə endirir, tarixi zəfər gününü yaxınlaşdırır.
QarabağAzərbaycandır!!!

yap.org.az

Digər xəbərlər