“Dinc insanların hədəfə alınması Ermənistanın faşist mahiyyətini ortaya qoyur” ÖZƏL-MÜNASİBƏT

"Ermənistan tərəfdən azyaşlı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi beynəlxalq uşaq hüquqları konvensiyasının ciddi şəkildə pozulması deməkdir. Mənfur düşmən bu üsulla cəbhə xəttində uşaqların ölümünə yol açaraq sonradan bu məsələni Azərbaycan tərəfinin üzərinə atmaq kimi məkrli planlar üzərində işləyir". Bunu SİA-ya açıqlamasında "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.Onun sözlərinə görə, Paşinyan hökumətinin bu çirkin planları vaxtında ifşa edilməli, faktlar toplanılaraq müvafiq beynəlxalq qurumlara təqdim edilməlidir: "Azyaşlıların əllərinə silah verib onların köməksiz hədəfə çevrilməsinə imkan yaratmaq özü ən dəhşətli müharibə cinayətlərindən sayılır. Paşinyan və Ermənistan hökumətinin bu zamana qədər onlarla azərbaycanlı uşaqların ölümünə səbəb olduğunu nəzərə alsaq, erməni uşaqlarının cəbhəyə göndərilməsində təəccüblü bir şey yoxdur. Ermənistan cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın şəhər və kəndlərini hədəfə alır, dinc sakinləri bombalayır. Bərdəyə Ermənistanın atdığı raket zərbəsi nəticəsində 21 dinc sakin həyatını itirdi, 70-ə yaxın insan isə yaralandı. Bu Ermənistnın vəhşiliyidir. Dinc insanların hədəfə alınması Ermənistan hakimiyyətinin faşist mahiyyətini bir daha ortaya qoyur. Belə əməllərə yol verən hərbi cinayətkarlar mütləq şəkildə beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunaraq Haaqa Tribunalı qarşısında dayanmalıdır. Azərbaycanın bu istiqamətdə kifayət qədər faktları mövcuddur".

sia.az