Siyasət

  • 6 522

Levon Ter-Petrosyan: “Biz heç vaxt müasir və həyat qabiliyyəti olan xalq olmayacağıq” BƏYANAT

image

“Erməninin arxa ağlından mənasından böyük yalan yoxdur, əks halda, erməni xalqı 1995-ci il “faciəsindən” və “tarixi vətənini itirdikdən” (dırnaqlar bizimdir) sonra növbəti faciələri yaşamazdı”. SİA xəbər verir ki, bu haqda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bəyanatını ilur.am saytı yazır.“Təəssüf ki, sonuncu hadisələrdən sonra baş verən olaylar və ona müvafiq reaksiyalar bizə göstərdi ki, biz “erməninin arxa ağlı” xəstəliyindən qurtula bilməyəcəyik”, deyə bəyan edən Ter-Petrosyan bunun üçün Ermənistanda və diasporada edilən publik çıxışlara baxmağın kifayət etdiyini bildirib və qeyd edib ki, bu sağalmaz xəstəlikdir. SİTAT: “Bizim nəsil yetkin xalqlar arasında bir sıra nümunələrin şahidləri olub. Mən bu barədə hələ 2007-ci ildə etdiyim çıxışlarımın birində danışmışdım. Təkrarçılıq olmasın deyə, növbəti sitatı kifayət sayıram:“Bir çox xalqlar və dövlətlər müxtəlif vəziyyətlərdə və müxtəlif səbəblərə görə milli fəlakətlə qarşı-qarşıya qalıb. “Ermənilər” (dırnaqlar bizimdir) və yəhudilər genosidə məruz qalıblar. Almaniyanın və Yaponiyanın dağıdıcı məğlubiyyətindən sonra bu ölkələr tamamilə məhv oldular. Osmanlı Türkiyəsi, Böyük Britaniya və Rusiya öz güclü imperiyalarını itirdilər. Onların hər biri öz faciələrini unikal hesab edirlər. Lakin ümummilli faciələr yaşayan bütün xalqlar və dövlətlər bu faciəni ümidsizlik faktoruna yozmadılar, əksinə, möhkəmlənmə faktoruna yönəltdilər. Onlar tarixi komplekslərindən qurtulmaq və yenidən ayağa qalxmaq, dünyanın ən çiçəklənən ölkəsinə çevrilmək üçün özlərində güc tapdılar. Bəs bizə bunun üçün nə mane olur, gərək daimi olaraq kədərlənək və dünyaya şikayət edək ki, bizə ədalət versinlər? Nə qədər ki, biz qurbanlıq psixologiyasına qalib gəlməsək, nə qədər ki, keçmişin komplekslərindən qurtulmasaq, nə qədər ki, gələcəyə baxmasaq biz heç vaxt müasir və həyat qabiliyyəti olan xalq olmayacağıq. Bu psixologiyaya qalib gəlmək – giyenlərin əlində olan Ermənistanı qurtarmaq, inkişaf edib möhkəmlənmək üçün yeganə çıxış yolu budur”.

sia.az

Digər xəbərlər