"Dünya bir daha xalqımızın humanistliyinin şahidi oldu" ÖZƏL-MÜNASİBƏT

44 günlük İkinci Vətən müharibəsi döğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etdi, ölkə Prezidentimizin “Qarabağ Azərbaycandır, nida işarəsi” Soçi möhrününü birdəfəlik təsdiq etdi. Sentyabrın 27-də işğalçı Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları sayəsində tarixi Zəfərimizlə son qoyuldu". Bunu SİA-ya Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.Millət vəkili qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi.Düşmən bu illər ərzində insanlığa sığmayan hərəkətləri, vəhşilikləri ilə Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən söküb ata bilmək üçün dayanmadan çalışdı, işğal etdiyi bütün yurdlarımızı viran elədi, daşı daş üstündə qoymadı, təbiətimizə qənim kəsildi, yeraltı-yerüstü sərvətlərimizi taladı, tarixi, maddi-mədəni abidələrimizə, musiqimizə göz tikdi. Azərbaycanın tarixi torpaqlarından əsl sahibindən heç bir nişanə qalmaması üçün min cür fırıldaqlara əl atdılar. Elə bildilər ki, Azərbaycan xalqı bir daha öz ata-baba yurdlara dönməyəcək. Düşmən anlaya bilməmişdir ki, 30 illik uzun bir ayrılıq belə Azərbaycan xalqının qəlbindən, könlündən Qarabağ sevdasını çıxarıb, ata bilməz. Axı, Qarabağ Azərbaycandır!Hələ Azərbaycan prezidenti İlham Əliyev Rusiyada dünyanın maliyyə və siyasi elitasının, beyin mərkəzlərinin toplaşdığı tədbirdə “Qarabağ-bu Azərbaycandır. Nida işarəsi” deyəndə işğalçı Ermənistana və beynəlxalq aləmə mesajını verilmişdi. Hər zaman verdiyi vədə sadiq qalan dövlət Başçımız, bu dəfə də vədinə əməl etdi, düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər Sərkərdə kimi qədəm qoydu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuliyə, Cəbrayıla səfəri, min illərin şahidi Xudafərin körpüsünə baş çəkməsi möhtəşəm Qələbəmizin nidası oldu.Qalib Sərkədəmizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın düşmən tapdağından azad edilən torpaqlara səfəri zamanı bu ərazilərdə yolboyu mənfur ermənilərin yurdumuza qarşı vəhşiliklərinə, vandallıqlarına bir daha şahidlik etdilər. Çəkilən videomateriallar bir daha bütün dünyaya Azərbaycan xalqıının azğın, qana susamış düşmənlə üz-üzə olduğunu təsdiq etdi: "Baxın, baxın Cəbrayıl şəhərini nə günə salıb mənfur düşmən. Bütün dünya bunu görsün, görsün və bilsin, hansı yaramaz düşmənlə biz üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, heç vaxt bundan sonra burada azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyub. 30 il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı?Ali Baş Komandanımız işğalçı, faşist ideologiyasından bəhrələnən ermənilərin bu vəhşiliklərin, Kəlbəcərdə törətdikləri yanğınların cavabının veriləcəyini dedi: "Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bugünlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”.Onu da qeyd etmək istərdim ki, bütün dünya bir daha Azərbaycan xalqının humanizminin şahidi oldu. İllər boyu erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşiliklərə baxmayaraq biz yenə öz humanist mövqeyimizdən əl çəkmədik. Kəlbəcəri boşaltmaları üçün azğın düşmənən daha 10 gün möhlət verilməsi də insanpərvərliyimizin, humanizmimizn təsdiqidir. Hər zaman olduğu kimi erməni vandalları çirkin niyyətlərindən əl çəkmədilər, Kəlbəcərdə meşələr yandırıldı, bu torpaqlarda böyüyüb boya başa çatan ağaclar kəsilib Ermənistana daşındı, evlərə od vuruldu. Erməni vandalları kim olduqlarını yenidən nümayış etdirdilər.Müzəffər Sərkərdəmiz işğaldan azad edilən doğma torpaqlarımıza, Cəbrayıla, Füzuliyə Qalibiyyət səfəri edərək, Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə göstəriş verərərək bu haqq nidasının rəsmiləşdirilməsinin xoş müjdəsini verdi, bir daha qorxaq düşmənə bəyan etdi ki, Qarabağ Azərbaycandır!".

sia.az