Siyasət

  • 6 803

Ədliyyə işçiləri peşə bayramlarını böyük qələbə sevinci ilə qeyd ediblər

image

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bu il xalqımızın şanlı qələbə sevinci ilə birgə qeyd olunur.Bu münasibətlə ədliyyə orqanlarında və məhkəmələrdə xüsusi karantin rejiminə əməl edilməklə silsilə tədbirlər təşkil olunub, xalqımızın Vətən müharibəsində zəfər yürüşünə, Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna nəzər salınıb, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, tarixi qələbəmizə həsr olunmuş foto və video-materiallar nümayiş etdirilib.Bundan əlavə, bayram ərəfəsində ədliyyə işçiləri və hakimlər tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 900 min manatdan çox məbləğdə ianə edilib, yaralılara baş çəkilərək sovqatlar verilib, ənənəvi olaraq qanvermə aksiyaları keçirilib.Peşə bayramı ilə əlaqədar Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin rəhbərliyi Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın, həmçinin Vətən müharibəsində şəhid olmuş ədliyyə işçisinin əziz xatirəsi anılıb.Bayramlar münasibətilə həmçinin, Ədliyyə Nazirliyi kollegiyasının videoformatda xüsusi iclası keçirilib. Əvvəlcə dahi öndərin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.Tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə və peşə bayramı münasibətilə kollektivi təbrik edib. Möhtəşəm zəfərlərimizə həsr olunmuş və nazirlik tərəfindən hazırlanmış video-çarx nümayiş etdirilib.Nazir rəşadətli ordumuzun tarixi torpaqlarımızı, Qarabağın tacı olan Şuşanı azad edərək döyüş meydanında şanlı qələbələr qazandığını, dövlət başçısının sərkərdə istedadı və diplomatik məharəti nəticəsində düşmənin siyasi müstəvidə faktiki kapitulyasiyasına və işğal altında qalan digər ərazilərimizin qaytarılmasına nail olduğunu qeyd edib.Ölkə Prezidentinin noyabrın 20-də Qarabağın ürəyi - Ağdam rayonunun Birgə Bəyanata uyğun olaraq sülh yolu ilə qan tökülmədən azad olunması barədə xəbərinin peşə bayramlarını qeyd edən ədliyyə işçiləri tərəfindən böyük sevinc hissi ilə qarşılandığını bildirib, "Düşmənə döyüşsüz qalib gəlmək müharibə sənətinin zirvəsidir" müdrik kəlamını xüsusi diqqətə çatdırıb.Ədliyyə naziri qeyd edib ki, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirərək adını əbədi olaraq tariximizə müzəffər Ali Baş Komandan kimi qızıl hərflərlə həkk edən dövlətimizin başçısı xalqımızın qəlbində Milli qəhrəmana çevrildi. Görkəmli dövlət xadimi olaraq uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərdi.Tədbirdə Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, cəbhədə döyüşən igid hərbçilərimizə dəstəyi və qayğılı münasibəti, xalqımızın ədalətli mübarizəsi naminə hər birimizi informasiya platformalarında mübarizəyə sövq edən vətənpərvər çağırışları xüsusi qeyd olunub.Vətən müharibəsinə, o cümlədən könüllü olaraq yollanan ədliyyə və məhkəmə işçilərinin də fədakarlıq və qəhrəmanlıq göstərdikləri vurğulanıb, bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılığının, müharibə və insanlıq əleyhinə cinayətlərinin beynəlxalq ictimaiyyətə geniş çatdırılmasına Ədliyyə Nazirliyinin də fəal qoşulduğu qeyd olunub.Bildirilib ki, bu ərəfədə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının iştirakı ilə Avropa ədliyyə nazirlərinin videoformatda konfransı keçirilib. İlk məruzəçi qismində çıxış edən F.Məmmədov Ermənistanın hərbi təxribatlarını və dinc əhaliyə qarşı müharibə cinayətlərini, vandalizm və beynəlxalq hüququn pozulması faktlarını həmkarlarının və beynəlxalq təşkilatların yüksək təmsilçilərinin diqqətinə çatdırıb, bununla bağlı Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli olduğu vurğulanıb.Xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına, nazirliyin sıx tərəfdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlanaraq, həmçinin müxtəlif dövlətlərin səfirləri ilə görüşlər keçirilərək Ermənistanın beynəlxalq insan hüquqları və humanitar hüquq normalarını kobud surətdə pozması, müharibə və insanlıq əleyhinə cinayətləri geniş qeyd olunub, beynəlxalq birlik ədalət naminə bu məsələdə prinsipiallıq göstərərək qəti tədbirlər görməyə çağırılıb.Bununla yanaşı, Azərbaycan ədalətli mövqeyinin təbliği və geniş yayılması məqsədilə üç dildə "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması (http://justice.gov.az/categories/1148) yaradılıb. Daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən platformada Vətən Müharibəsi dövründə dövlət başçısının və Birinci vitse-prezidentin fədakar xidmətləri, Zəfər yürüşümüzə dair xəbərlər, sənədlər, foto və video-materiallar, hüquqi maarifləndirməyə dair nazirliyin hazırladığı materiallar əks olunub. Digər saytlara inteqrasiya olunmuş platformadan artıq minlərlə istifadəçi yararlanıb.Eyni zamanda dövlət başçısının tapşırıqlarının operativ icrası üçün ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılıb, qarşıda duran vəzifələrin mütəşəkkil qaydada icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis edilib və bütün işğaldan azad olunmuş torpaqlarımızdakı ədliyyə orqanları onun yurisdiksiyasına daxil edilib. İdarə fəaliyyətini digər qurumlarla əlaqəli həyata keçirəcəkdir.Tədbirdə həmçinin, ədliyyə sahəsində görülmüş işlərə nəzər salınıb, fəaliyyətin qlobal pandemiya şəraitində təşkilinə baxmayaraq, işin təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirildiyi, dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin, o cümlədən ədliyyə və məhkəmə sahəsində idarəçiliyin müasirləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, innovasiyaların tətbiqi üzrə əməli işlərin görüldüyü qeyd edilib.Azərbaycan ədliyyəsinin qədim vaxtlardan müasir dövrümüzə qədər tarixini əks etdirən, nəfis çap olunmuş kitab kollektivə təqdim edilib. Bildirilib ki, kitabda ədliyyənin təşəkkülü, müasir hüquq sistemimizin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə sisteminin və məhkəmə hakimiyyətinin formalaşmasına göstərilən xüsusi diqqət və qayğı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə fəaliyyətin müasirləşdirilməsi barədə maraqlı məlumatlar əks olunub.Çıxış edən məcburi köçkün ədliyyə işçiləri Qələbə münasibətilə, xüsusilə doğma torpaqlarının azad olunmasına görə sevinclərini bölüşüb, torpaqlarımızı işğaldan qurtarmaqla hər kəsə unudulmaz və sonsuz iftixar hissləri bəxş etdiyi üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.Tədbirdə tarixi Qələbə münasibətilə və ədliyyə sisteminin inkişafına xüsusi qayğıya görə ədliyyə işçiləri adından ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət qəbul edilib. Bildirilib ki, böyük inam və ruh yüksəkliyi ilə ölkə Prezidentinin ətrafında sıx birləşən ədliyyə işçiləri demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası naminə üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.

sia.az

Digər xəbərlər