Siyasət

  • 3 558

Ermənistanın silahlandırılması sırf siyasi addımdır - ŞƏRH ÖZƏL

image

"Ermənistan həqiqətən də Azərbaycana qarşı revanş etmək istəyirsə, əvvəlcə öz iqtisadiyyatını düzəltsin. Məlum məsələdir ki, 500 milyon dollardan 1,5 milyard dollara qədər olan rəqəm həddən artıq böyük rəqəmdir. Bu, demək olar ki, Ermənistan büdcəsinin çox böyük hissəsini təşkil edir. Bu qədər böyük vəsaitlə Ermənistanın məhz silah alması inandırıcı görünmür". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, politoloq Arzu Nağıyev deyib.Ekspertin sözlərinə görə, bu Rusiyaya daha da yaxınlaşmaq və eyni zamanda Rusiya ilə münasibətləri yenidən düzəltmək üçün atılan bir siyasi addımdır: "Rusiya Müdafiə Nazirliyi Ermənistanın bir neçə ədəd modernləşdirilmiş Mi-171 helikopteri alması ilə bağlı məlumatı təsdiq etsə belə, 44 günlük müharibə göstərdi ki, yüksək texnologiyalarla təchiz olunmuş Azərbaycan Ordusu qarşısında erməni tərəfi özünü doğrulda bilməyib. Məhz buna görə də, bu addım sırf siyasi bir addımdır".A.Nağıyev vurğulayıb ki, həmçinin bu məsələ Paşinyanın öz vətəndaşlarına və daxili auditoriyaya hesablanmış siyasi gedişdir: "Ona görə də bu məsələnin hərbi tərəfindən çox siyasi tərəfi gözə çarpır. Maddi vəsait də təbii ki, kredit yolu ilə olacağı üçün daimi Ermənistan Rusiyadan asılı vəziyyətdə qalacaq. Eyni zamanda KTMT-nin üzvü kimi həm Rusiya, həm Ermənistan öz hərbi blokunda təmsil olunan dövlətlərin yanında olduqlarını göstərməyə çalışırlar. Rusiya bu addımlarla da son vaxtlar qərbə tərəf meyillənmək istəyən Ermənistanı Qərbin cəngindən xilas etmək istəyir".

sia.az

Digər xəbərlər