Siyasət

  • 4 258

"Səs" qəzeti daim inkişaf edən qəzetdir - TƏBRİK

image

Müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olmuş "Səs" qəzetinin nəşrə başlamasından 30 il ötür. 1991-ci il yanvarın 11-də ilk sayı çapdan çıxan "Səs" qəzeti hər zaman öz xüsusi mövqeyi, işi və dəst-xəttilə fərqlənmiş qəzetlərdən olub. Dövlət müstəqilliyimizin ilk illərində ölkəmizdə cəryan edən gərgin ictimai-siyasi şərtlərinə, üzləşdiyi çətinliklərə baxmayaraq, "Səs" qəzeti cəmiyyətdə baş verən mürəkkəb proseslərin ictimai rəyə düzgün əsaslarla çatdırılmasına, Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına və Ulu Öndər Heydər Əliyevin ideyalarının reallaşmasına xidmət edən bir mövqe tutub. Qətiyyətli və prinsipial mövqeyinə görə, hər zaman qəzet seçilib və sevilib."Səs" qəzeti Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında, ictimai münasibətlərdə obyektivliyin və şəffaflığın təmin edilməsində xüsusi xidmətlər göstərib. "Səs" qəzeti yalnız cəmiyyəti obyektiv, qərəzsiz informasiya ilə təmin etməklə öz funksiyasını bitmiş hesab etməyib, eyni zamanda, konkret mövqe ortaya qoymaqla, cəmiyyətin siyasi təfəkkürünün düzgün əsaslarda formalaşmasına təsir göstərmiş qəzetlərdəndir. "Səs" qəzeti yarandığı gündən yenilənməyə meylli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb. Qəzet modernləşərək öz bazasında "Səs" İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. "Səs" qəzeti ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi olmağı bacarıb. 44 günlük Vətən Müharibəsi dövründə təbliğat-təşviqat işinin aparılmasında, cəmiyyətə müharibədə müzəffər ordumuzun erməniləri əzərək torpaqlarımızı ardıcıl olaraq azad etməsindən geniş və operativ məlumatlar çatdırıdı. Bu baxımdan dövlətçiliyimizin qorunmasında tutduğu düzgün mövqeyi və tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti də qəzetin çoxsaylı oxucu rəğbəti qazanmasına səbəb olub.Milli mətbuatımızın inkişafında xüsusi yeri olan "Səs" qəzetinin milli jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. "Səs" qəzetinin 30 illik yubuleyi münasibətilə qəzetin Baş redaktoru, hörmətli ziyalımız Bəhruz Quliyevi və qəzetin kollektivini təbrik edir, onlara firavan ömür və yaradıcılıq uğurları arzulayıram.

Aqil Məmmədov,
Milli Məclisin deputatı

sia.az

Digər xəbərlər