Siyasət

  • 4 201

Moskva bəyanatı kapitulyasiya aktının davam kimi qiymətləndirilə bilər - ŞƏRH ÖZƏL

image

"Yanvar ayının 11- də Moskavada baş tutan üçtərəfli görüş əslində iki aydır davam edən post-müharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi idi. Ancaq əlbəttə bu görüşün olduqca ciddi strateji əhəmiyyəti var idi. Bu həm 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət sənddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizilik məslələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktına imza atması idi o zaman yeni imzalanmış 4 maddədən ibarət bəyənatın da elə bu prosesin davamı kimi qiymətləndirə bilərik". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, yəni, daha dəqiq desək 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı: "Bəyanatda qeyd olunan əsas məsələlər yol nəqliyyat infrastrukturunun bərpa edilməsinə aiddir və doğurdan da hazırki mərhələdə bu olduqca prioritet məsələdir. Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması və bunu 30 ildən çox davam etməsi regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə idi. Əslində hazırki tarixi mərhələdə iqtisadi inkişafın gətirəcəyi rifah regionda sülh və sabitliyin də davamlı olması üçün başlıca faktorlardan biridir. Ona görə də bəyantda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması və onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi önümüzdəki mərhəldə regionun nəqliayat kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir".H.Babaoğlu vurğulayıb ki, ən əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu və avtomobil yolunun təmin edilməsidir: "Bu olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil qardaş Türkiyənin eyni zamanda digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir. Görüşdə önə çıxan əsas məslələrdən biri də Ermənistan baş nazirinin problemin hələ nizamlanmaması haqqında səsləndirdiyi sərsəm fikirlərin ciddiyə alınmaması və heç bir yazılı sənədə daxil edilməməsi oldu. Azərbaycan Prezidenti isə artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bu mövzunun spekuliyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyi davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir".

sia.az

Digər xəbərlər