Siyasət

  • 3 078

“İslamabad bəyannaməsi üç qardaş ölkənin milli mənafelərini özündə əks etdirir” ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Respublikası, Pakistan Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş birgə İslamabad bəyannaməsi üç qardaş respublikanın milli mənafelərini özündə əks etdirir və gələcəkdə əməkdaşlığın daha da möhkəmlənməsinə, bu ölkələrin inkişafının sürətləndirilməsinə hesablanmışdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, hər üç dövləti qardaşlıq, tarixi və mədəni köklər, qarşılıqlı hörmət və etimad birləşdirir və onlar bir-birlərinin daimi olaraq dövlət və milli maraqlarından çıxış edir, bir-birlərinin haqq işini müdafiə edirlər.“Azərbaycan torpaqlarının erməni təcavüzkarlarından azad edilməsi uğrunda gedən şanlı mübarizədə də bu dostluq və qardaşlıq hər an nümayiş etdirildi. Türkiyə və Pakistan Azərbaycanın yanında olduqlarını bütün dünyaya bəyan etdilər.Qəbul edilmiş bəyannamə də məhz bu dostluq və qardaşlıqdan bəhrələnir. Demək olar ki, strateji, siyasi, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm, texnologiya, mədəniyyət sahələri daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələri əhatə edir və əməkdaşlığın, əlaqələrin daha da möhkəmlənməsi nümunəsidir.Əlbəttə ki, Azərbaycanın qələbəsi onu istəyən, haqq işini dəstəkləyən dost ölkələrə sağlam münasibətdən keçir. Bu baxımdan Türkiyə və Pakistan bizimlə qardaş dövlətlərdir və bu qardaşlığın davam etdirilməsi, daha çox sıx əlaqə yaradılması ölkəmizin xeyrinədir, dövlətimizin ucalması, qüdrətlənməsi və şöhrətlənməsidir”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər