Siyasət

  • 3 868

Naqif Həmzəyev: Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir

image

Zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin, əməkdaşlığın inkişafı təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edir.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, eyni etnik kökə, mədəniyyətə və dinə mənsub iki ölkənin regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşmaları, energetika sahəsində əməkdaşlıqla bağlı razılaşmaları əlaqələrin inkişafı üçün həm zərurət, həm də sağlam zəmin yaradıb.
Azərbaycan və Türkmənistanın zəngin karbohidrogen ehtiyatlarına malik olması ölkələr arasında enerji sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açıb. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində 50-dən çox sənədin imzalanması iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə sübutdur.
Bu gün Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğundan xəbər verdi.
Anlaşma Memorandumunun imzalanması ilə bağlı keçirilən videokonfrans formatında görüşdə hər iki ölkənin prezidenti ikitərəfli dostluq əlaqələrinin, qarşılıqlı faydalı tərəfdaşlığın yüksələn xətt üzrə genişlənməkdə davam etdiyini qeyd ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bugünkü sənədi tarixi sənəd adlandırıb: “Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”.
“Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər”- söyləyən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da ölkələrimiz arasındakı əlaqələrin inkişafının əhəmiyyətindən danışıb. Eyni zamanda Türkmənistan Prezidenti dünyanın enerji təhlükəsizliyinə töhfələr verən Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyinə də diqqət çəkərək, “Bu, Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiq etdi”yini vurğulayıb.
Xəzərin mehriban qonşuluq və əməkdaşlıq dənizi olduğunu qeyd edən dövlət Başçımız əminliklə bildirib ki, “Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək”. Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən yatağın “Dostluq” adlandırılması da iki ölkə arasında qarşılıqlı əlaqələrin, münasibətlərin yüksək səviyyədə olmasını, əməkdaşlığın iqtisadi rifaha, təhlükəsizliyə xidmət etdiyinə işarədir.

yap.org.az

Digər xəbərlər