Siyasət

  • 7 403

Sülh və dostluq dövlətimizin amalıdır ÖZƏL-MÜNASİBƏT

image

"Türkmənistan-Azərbaycan tərəfdaşlığı son illər yüksələn xətt üzrə inkişaf edir və bu qədim tarixi köklərlə bağlı olan hər iki xalq üçün faydalıdır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında video konfrans formatında keçirilən görüş və hər iki ölkənin hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Nemorandumunun imzalanması qarşılıqlı tərəfdaşlığın inkişafında yeni mərhələdir və dövlətlərin bir-birlərinə olan etimadının ifadəsidir.
“Türkmənistanla münasibətlərin möhkəmlənməsinə aydınlıq gətirən Cənab İlham Əliyev bildirmişdir ki, “Bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalanan Xəzərin karbohidrogen resurslarının mənimsənilməsi də yeni səhifə açır”.
Anlaşma Memorandumunun imzalanması və onun müddəalarının yerinə yetirilməsi nəinki iki dövlətin, eləcə də qonşu dövlətlərin enerji təhlükəsizliyinin möhkəmlənməsinə imkan verəcəkdir. Yatağa “Dostluq” adının verilməsi də bir daha göstərir ki, dostluğa, əməkdaşlığa, sülhə dayaq olan, əsaslanan dövlətlər inkişaf etməyə, qüdrətlənməyə qadirdir. Xəzər dənizinin sülh, qardaşlıq rəmzinə çevrilməsi üçün hər iki dövlətin atdığı addımlar dünya ölkələri, bu gün faşizmi, terroru, millətçiliyi dəstəkləyən dövlətlər, siyasətçilər üçün bir nümunə olmalıdır.
Azərbaycan xalqı və Prezidenti həmişə sülhün, əməkdaşlığın, haqqın, ədalətin tərəfdarıdır və bu əməllərdə, belə Memorandumlarda, bağlanmış müqavilələrdə, münasibətlərdə özünü bir daha göstərir”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər