Siyasət

  • 5 512

İran XİN rəhbəri: Bu gün Qarabağın çiçəklənməsi üçün şərait yaranıb

image

İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin baş verdiyi əraziyə ən yaxın ölkədir və son 30 ildə, bu münaqişənin lap əvvəlindən öz sərhədlərində qeyri-sabitlik və qaçqınlar axını ilə üzləşib.İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu sözləri Moskvada keçirilən mətbuat konfransında söyləyib.O qeyd edib ki, münaqişənin nizamlanması İranın milli təhlükəsizliyi baxımından çox vacibdir, çünki münaqişə bu ölkənin sərhədinin yaxınlığında baş verirdi.Nazir deyib: “Ötən ilin yayında və payızında Qarabağda münaqişə eskalasiya mərhələsinə çatandan sonra İran İslam Respublikası regional həll variantı təqdim etmək üçün çox səy göstərib. Bununla əlaqədar mən bir neçə dəfə cənab Lavrovla telefonla söhbət etmişəm, İran Prezidentinin xüsusi nümayəndəsi – xarici işlər nazirinin müavini regionda səfərdə olub və Qarabağ münaqişəsinə son qoymaq barədə bizim sülh planımızı təqdim edib”.Cavad Zərif məmnunluqla bildirib ki, Dağlıq Qarabağda münaqişə Rusiya Federasiyasının vasitəçiliyi ilə həll edilib. O deyib: “Biz çox şadıq ki, yanvarın 11-də Rusiyanın vasitəçiliyi ilə bu məsələdə irəliləyiş başlanıb. Bu qərarın qəbul olunmasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. Onlar bu münaqişənin həlli yolunda irəliləyirlər. Fikrimcə, bu gün Qarabağda firavanlıq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün, xüsusilə iqtisadi və nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb. Beləliklə, biz xalqların əziyyətini azalda, tarixi fikir ayrılıqlarını aradan qaldıra, insanların həyatını qoruyub saxlaya biləcəyik. Bunun üçün zəmin hazırlanıb”.Nazir bu səfəri çərçivəsində Cənubi Qafqazın üç ölkəsində, həmçinin Rusiyada və Türkiyədə olacağını, əməkdaşlıq barədə təkliflərin müzakirə ediləcəyini vurğulayıb.Cavad Zərif daha sonra deyib: “Ümidvaram ki, o biri ölkələrə səfərimiz zamanı da bu cür münasibətlə qarşılaşacaq və gələcəkdə regionda qarşılıqlı fəaliyyət sisteminə doğru irəliləyəcək, əməkdaşlıq üçün, daha yaxşı gələcək qurulması üçün yaranmış imkanlardan istifadə edəcəyik”.

yap.org.az

Digər xəbərlər