Siyasət

  • 4 670

YAP Astara rayon təşkilatının hesabat yığıncağı keçirilib

image

19 Fevral 2021-si il tarixdə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının videokonfrans formatında 2020-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.Tədbir II Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri F.Əhmədov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı 2020-ci ildə öz fəaliyyətini partiyanın proqram və nizamnaməsi çərçivəsində, eləcə də təşkilatımızın tədbirlər və iş planlarına uyğun qurub: "2020-ci ildə təşkilatın fəalları tərəfindən dövlətimizin və dövlət başçımızın siyasətinin təbliği üçün sosial şəbəkələrdə siyasi işin təşkili sahəsində ciddi işlər görülmüşdür. Bir il ərzində istər pandemiya, istər Vətən Müharibəsi, istərsə də digər mövzularda fəallarımız tərəfindən “Facebook, tvitter, instaqram” kimi sosial şəbəkələrdə paylaşımlar edilmiş, əhali arasında maarifləndirici tədbirlər aparılmışdır".Tədbirdə çıxış edən YAP Astara rayon təşkilatının Şura üzvləri Yusif Şahnamazov, Kübra Əliyeva, Faiq Həsənov, II Qarabağ müharibəsinin qazisi Abbas İbrahimli çıxış edərək bildirdilər ki,YAP Astara rayon təşkilatı pandemiya dövründə və II vətən müharibəsi dövründə rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə daim fərqlənib. Natiqlər rayon təşkilatının 2020-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.YAP İcra katibliyinin məsul əməkdaşı Ramil Mirzəyev çıxış edərək bildirib ki, Astara rayon təşkilatı istər ictimai - siyasi işində və istərsədə sosial şəbəkələrdəki fəaliyyətində daim fərqlənən təşkilatlardan biri olmuşdur. Milli Məclisə keçirilən seçkilər zamanı, pandemiya dövründə, Vətən müharibəsi vaxtı rayon təşkilatının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Ramil Mirzəyev YAP Astara rayon təşkilatına 2021-ci ildə də işlərində uğurlar arzulamış və təşkilatın 2020 –ci ildəki fəaliyyətinə qənaətbəxş qiymət vermişdir.Hesabat yığıncağında YAP Astara rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilmiş və 2021-ci il üçün tədbirlər planı qəbul olunmuşdur.

sia.az

Digər xəbərlər