Siyasət

  • 3 444

Ermənistanla deyil, ağası ilə danışmalıyıq ÖZƏL-MÜNASİBƏT

image

Düşməndən bundan artığını gözləmək də əbəsdir, yəni, düşmən ölkədir, işğalçı ölkədir və biz torpaqlarımızı işğaldan azad etmişik. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, ərazilərin böyük hissəsini ermənilərin minaladıqlarını, hara gəldi minalar basdırdıqlarını biz əvvəl də bilirdik."Ola bilməz ki, bu minaların xəritəsi olmasın. Bu barədə hətta rusiyalı mütəxəssislər də deyirlər. Məsələn, rusiyalı hərbi ekspert İqor Karotçenko Azərbaycana da gəldi və Moskvada mətbuat konfransında açıq formada dedi ki, mütləq mənada bu xəritələr var. Amma Azərbaycana daha çox zərər yetirmək üçün onlar bu xəritəni vermirlər. Onlara anlatmalıyıq, yəni, əgər xəritələri bizə verməsələr, bizim də əlimizdə başqa alətlər var ki, təzyiq edə bilərik onlara. Yəni, onsuz da müharibədə məğlub olublar, dəmir yumruq başlarına dəyib, amma biz vətəndaşlarımızı itirə bilərik bu minaların partlaması nəticəsində. Bu minalar getdikcə partlayır. Düzdür, dövlət başçısının təlimatı ilə minatəmizləmə işləri sürətlə davam edir, müxtəlif ölkələrlə də biz əməkdaşlıq edirik. Amma minalar o qədər çoxdur ki, onlar partlamaqda davam edər, illər ərzində bizim mülki insanlar zərər görə bilərlər. Ona görə də biz Ermənistanla deyil, ağası ilə danışmalıyıq. Ağası da bəllidir ki, Rusiyadır. Rusiyaya deməliyik ki, yaxşı, biz sizə icazə verdik, hərbçiləriniz gəldi Dağlıq Qarabağa sülhməramlı adı altında. Halbuki, müəyyən təxribatlar da olub. Yaxşı, heç olmasa onlar ermənilərdən tələb etsinlər və bu, rusların özlərinə də ziyandır axı. Bir müddət öncə rus hərbçilərindən biri də həlak olmuşdu mina partlaması nəticəsində. Onlar üçün də asan olar ki, xəritələr onların əllərinin altında olar. Bir tərəfdən barış deyirlər ermənilər, bir tərəfdən də minaların partlaması o deməkdir ki, müharibə hələ bitməyib. Ona görə biz ermənilərdən yox, onların ağasından tələb etməliyik ki, bu məsələyə bir çarə qılsınlar. Çarə qılınmasa, minalar partlamağa davam etsə, biz adekvat addımlar haqqında düşünməliyik", deyə Elxan Şahinoğlu bildirib.

sia.az

Digər xəbərlər