Siyasət

  • 3 895

“Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb” ÖZƏL-MÜNASİBƏT

image

"Ermənistan daim öz mənfur əməlləri ilə Azərbaycana təzyiq etmək xülyalarında yaşayır. Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb. Çünki əzəldən bu dövlət öz havadarları sayəsində çörək qazanmış, kimlərinsə arzusu və istəkləri sayəsində yaşamışdır". Bunu "Səs" qəzetinə açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, ermənilərin atdıqları hər bir addım anti-Azərbaycan yönündə olur: "Azərbaycan dövləti hər zaman bu mövzularda öz mövqeyini qoruyub saxlayıb. Biz heç bir zaman belə mənasız təxribatlara getməmişik və getməyəcəyik. Bunu Araik Aruturyan da çox gözəl anlayır və öz əməlləri ilə yalnız öz dövlətini alçaldır. Yenə də, deyirəm biz heç bir zaman təxribatlara cavab olacaq addımlar atmayacağıq. Çünki bizim siyasətimizin arxasında Prezident İlham Əliyevin imzası vardır. Onun yürüdülmüş dərin siyasəti hər zaman bizi qələbəyə və doğru addımlara aparmışdır. Bütün siyasi mövqelərdə Azərbaycan hər zaman Ermənistandan bir addım öndə olmuş və olacaqdır. Bütün təxribatların cavabını isə biz 44 günlük sürən Qarabağ müharibəsində vermişik. Onların bundan sonra atdığı bütün addımlar bəllidir ki, Azərbaycanı hansısa situasiyaya sürükləmək fonunda olacaq. Lakin. yenə də biz öz sakitliyimizi qoruyaraq adekvat addımlar atacağıq".

sia.az

Digər xəbərlər