Siyasət

  • 2 895

YAP Səbail rayon təşkilatı Vətən müharibəsinin Şəhid ailələrini və qazilərini xüsusi diqqət mərkəzində saxlayır

image

YAP Səbail rayon təşkilatının üzvləri Səbail rayonunun sakinləri, Vətən müharibəsinin qaziləri Həsənov Fərid Fizuli oğlu, Xuduzadə Anar Həsənağa oğlu və Mustafayev İsa Sultanəli oğlu ilə görüşdülər, qazi Məmmədov Ramazan Afis oğlunun ailəsini evlərində ziyarət etdilər. Ziyarətlərdə YAP Səbail rayon təşkilatının fəal gəncləri və “Energetik” (Azərbaycan Respublikası Energetika Nazirliyi) ərazi ilk partiya təşkilatının sədri və üzvləri iştirak etdilər.

Vətən müharibəsində Azərbaycanın Şanlı Qələbəsi, möhtəşəm Qarabağ Zəfəri münasibətilə qazilərimizi və onların ailə üzvlərini ürəkdən təbrik edən partiya fəalları Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi günlərində Azərbaycan xalqının milli birliyi, həmrəyliyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi sıx birləşməsi haqqında fəxarətlə bəhs etdilər.
Azərbaycan Ordusunun 44 günlük Şanlı Zəfəri, keçdikləri çətin, eyni zamanda şərəfli döyüş yolu, Azərbaycan əsgərinin qələbə ruhu və mərdliyi, şücaəti, əsl qəhrəmanlıq dastanı yazaraq Vətən torpaqlarını işğaldan azad edən igidlər haqqında geniş danışan Vətən müharibəsi qaziləri bütün Şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar arzuladılar. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində böyük şücaətlə iştirak edən Səbail rayonu qazilərindən Həsənov Fərid Fizuli oğlu “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə, Xuduzadə Anar Həsənağa oğlu “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə, Məmmədov Ramazan Afis oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə, Mustafayev İsa Sultanəli oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşlar.
YAP Səbail rayon təşkilatının üzvləri qazilərimizin səhhəti və gündəlik qayğıları ilə maraqlandılar, ailələrin qeyd etdikləri məsələlərlə bağlı müvafiq qurumlara müraciətlər ediləcəyi vurğulandı. Ailələrə ərzaq sovqatları təqdim olundu.
Qazilər və ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər.

yap.org.az

Digər xəbərlər