Siyasət

  • 3 313

Distant təhsilə qoşulmaq üçün lazımi şərait yaradılmalıdır - Ombudsman

image

Pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb. Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.S.Əliyeva bildirib ki, kənd yerlərində bir sıra hallarda internetin olmaması, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur. O qeyd edib ki, bu probemlərin aradan qaldırılması üçün müvafiq tədbrlər görülməlidir.

sia.az

Digər xəbərlər