Siyasət

  • 3 159

"Bərpa işlərinin geniş masştabda aparılması çətindir” DEPUTAT AÇIQLAMA VERDİ

image

“İşğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpası işlərini yüksək dəyərləndirirəm. Düzdür, ərazilərimiz xaotik şəkildə minalandığından yenidənqurma və bərpa işlərinin geniş masştabda aparılması çətindir”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, ərazilərimizdə quruculuq işlərinin aparılmasında təhlükəsizliyinin təmin edilməsi üçün minalardan təmizlənməsi işləri sürətlə icra olunur: “Amma buna baxmayaraq dövlətimizin müəyyənləşdirmiş plan və qrafikləri üzrə tikinti işləri sürətlə icra olunur. Artıq yol, enerji və su təminatı infrastrukturları yüksək səviyyədə yenidən tikilir. İlkin olacaq ağıllı kənd və ağıllı şəhər layihələri ilə yenidən qurulacaq yaşayış məntəqələr müəyyənləşib və tikinti işlərinə start verilib. Şuşanın müasir tikinti normalarına uyğun yenidən qurulmasına başlanıb. Düşünürəm ki, cari ilin sonuna qədər qaçqın və köçkünlərimizin işğaldan azad olunmuş ərazilərimizə mərhələli şəkildə köçürülməsinə başlaya biləcəyik”.

sia.az

Digər xəbərlər