Siyasət

  • 3 198

YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşklatında 2021-ci il iş planına uyğun olaraq seçmə qaydada ərazi ilk partiya təşkilat sədrləri ilə görüşlər davam etdirilir. Videoformatda keçirilən tədbirin keçirilməsində məqsəd qabaqcıl ilk partiya təşkilatlarının iş təcrübəsinin digər ərazi ilk partiya təşkilatlarında öyrənilməsi və ilk təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsini təşkil etmək olub.Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib. Müəyyən islahatlar Yeni Azərbaycan Partiyasını da əhatə edib. Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış olan bizim partiyamız müxalif partiyasından xalqın lider partiyasına çevrilmiş, öz sıralarında müxtəlif sosial təbəqələri və müxtəlif millətlərdən olan partiya üzvlərini birləşdirərək respublikamızın ictimai-siyasi həyatında sabitləşdirici amil olmuşdur.Sonra tədbirdə YAP Samux rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrləri Əminə Cəfərova, Nurlana Həsənova, Fidayıl Əliyev, Aytən Məmmədova və Ağca Atai çıxış ediblər.

sia.az

Digər xəbərlər