Siyasət

  • 4 366

Müasir Azərbaycan dövlətinin banisi

image

10 May Azərbaycan xalqının əbədi lideri, ulu öndəri, uşaqların babası Heydər Əliyevin doğum günüdür. Tarixdə bəzi şəxsiyyətlər var ki, o şəxslər bir xalqın taleyini dəyişir, bir millətin xilaskarı olur. Tarixə öz ismini qızıl hərflərlə yazdırır. Ulu Öndər Heydər Əliyev də Azərbaycan dövlətinin tarixində adını qızıl hərflərlə yazdırmış şəxslərdəndir. Ümummilli liderimiz Azərbaycan xalqının xilaskarı, bügünkü Azərbaycan Dövlətinin banisidir.1990-cı illərin əvvəllərində Azərbaycanda xaos dövrü yaşanarkən, Heydər Əliyev Azərbaycana geri dönmüş və Naxçıvana yola düşmüşdür. 1992-ci ildə Azərbaycan üçün çox vacib bir hadisə baş vermiş, Yeni Azərbaycan Partiyası yaranmış və Heydər Əliyev Naxçıvanda keçirilən təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü il tarixində ölkədə baş verən siyasi böhran və xaos vəziyyəti nəzərə alınaraq o dövrdəki rəhbərlik Heydər Əliyevi Bakıya dəvət edir. Elə həmin ildə Azərbaycan xalqının sevimlisi, Ulu Öndərimiz Azərbaycan Respublikasının Prezidenti seçildi.Bundan sonra Azərbaycan üçün artıq yeni və parlaq bir dövr başlayır. Heydər Əliyevin rəhbərliyində ölkənin siyasi, iqtisadi, təhsil və bir çox digər sahələrində inkişaf başlamışdır. Azərbaycan beynəlxalq aləmdə uğurla təmsil olunmuş və ölkənin iqtisadi inkişafı üçün digər ölkələrlə yeni əməkdaşlıqlar həyata keçirilmişdir. Ölkəmizin iqtisadi tarixi əhəmiyyətə malik olan və “Əsrin müqaviləsi” imzalanmışdır. Bu müqavilənin icrası Azərbaycan dövləti üçün böyük imkanlar yaradaraq boyük layihələrin icrasında mühüm yer tutmuşdur. Eyni zamanda, ölkədə gənclər siyasətinin təməli qoyularaq gənclərin daha vətənpərvər mühitdə yetişməsi üçün lazımi addımlar atılmışdır.Bu gün Ümummilli Liderimizin ruhu şaddır. Ona görə ki, bizə özündən sonrakı dövr üçün lider qoyduğu, “Ona özüm qədər inanıram” dediyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində biz itirilmiş torpaqlarımızı geri qaytarmışıq. Cənab Prezidentin qeyd etdiyi kimi, O ata vəsiyyətini yerinə yetirmiş və Azərbaycan xalqının ən ağrılı yarasına çarə tapmışdır.Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əvəzedilməz yeri var, çünki Ulu Öndər hər zaman xalqının yanında olmuş, daima onları narahat edən problemlərlə yaxından tanış olmuş və problemlərin həlli istiqamətində mühüm rol oynamışdır. Ulu Öndər öz tarixi şəxsiyyəti və böyük liderliyinin nəticəsində müasir Azərbaycan Dövlətinin qurucusu olmuş və Dövləti süqutdan qurtarmışdır. Azərbaycan xalqı və gəncliyi hər zaman Heydər Əliyevi ehtiramla yad edəcək və onun xatirəsini əbədi yaşadacaqdır.

Emil Aslanlı,
YAP Gənclər Birliyinin üzvü

sia.az

Digər xəbərlər