"Gördüklərini olduğu kimi çatdıracaqlar" EKSPERT İZAH ETDİ

“Rusiya deputatları və ictimai xadimləri işğaldan azad olunmuş torpaqlara səfər edərək, əlbəttə öz təəssüratlarını mütləq Rusiyanın kütləvi informasiya vasitələri ilə bölüşəcəklər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Politoloqun sözlərinə görə, onlar obyektiv olaraq məsələni qiymətləndirəcəklər: “Artıq bununla bağlı açıqlamalar da veriblər. Azərbaycanda və ya Bakıda keçirilmiş mətbuat konfransında və jurnalistlərə verdikləri müsahibələrdə dəfələrlə onlar bildiriblər. Gördüklərini olduqları kimi çatdıracaqlar. Eyni zamanda nəzərə alsaq ki, bunlar tanınmış ekspertlərdir və araşdırmaçılardır bu gördüklərinə siyasi qiymət də verəcəklər, müəyyən çağırışlar da edəcəklər”.Politoloq həmçinin qeyd edib ki, ilk növbədə Ermənistan ictimaiyyətinə, ekspert cəmiyyətinə, siyasətçilərə çağırışlar olacaq: "Bu çağırışlar ondan ibarət olacaq ki, qonşu ölkələrin yəni Azərbaycan və Türkiyə ilə dinc əmin-amanlıq şəkildə yaşamaq istəyirlərsə, ilk növbədə revanşist fikirlərdən əl çəkməlidirlər. Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etməlidirlər. Mütləq noyabrın 10-da üçtərəfli imzalanmış sazişdən irəli gələn bütün məsələlərin həllinə səylər göstərməlidir. Çünki əks halda region bu yaranmış problemli vəziyyətdən çıxa bilməyəcək və ilk növbədə əlbəttə ki, bu Ermənistan cəmiyyətinə təsirsiz ötüşməyəcək. Əgər Ermənistan cəmiyyəti öz məsuliyyətini dərk etməsə, necə ki, blokada şəraitində yaşayırdısa elə də yaşayacaq”.

sia.az