Siyasət

  • 3 543

YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Fəxri Qəribzadənin ailəsini ziyarət ediblər

image

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup fəal üzvü rayonun Güloğlular kəndində şəhid çavuş Qəribzadə Fəxri Elmir oğlunun ailəsini ziyarət ediblər.

Rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik Qarabağ həsrətinə son qoyuldu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Şəhidin anası Mehparə Qəribova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını qeyd edib.
Təşkilatın nümayəndələri ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməkliklər göstəriblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncami ilə çavuş Qəribzadə Fəxri Elmir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif edilib.

yap.org.az

Digər xəbərlər