Siyasət

  • 3 636

"10 noyabr tarixli müqavilənin tam icrasını tələb edirik" AÇIQLAMA

image

"Erməni əsirlərinin qaytarılması Azərbaycan dövlətinin və cənab Prezidentin göstərdiyi humanistliyin bir göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, 20 iyun seçkilərinə qədər bu cür "qaytarılmalar" olacaq: “Bu, sadəcə, Ermənistandakı seçkilərlə bağlı deyil. Eyni zamanda biz ermənilərdən 10 noyabr tarixli müqavilənin tam icrasını tələb edirik. Onların həmin müqavilədə icra etmədiyi iki müddəa daha var. Bu müqavilənin 4-cü və 9-cu bəndi idi. Dördüncü bənddə qeyd edildiyi kimi, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı məsələdə, düşürəm ki, razılığa gəlmək üzərəyik. Artıq erməni saytları “qarabağ polisi” fadəsini işlədir, ordudan danışmırlar. Bu o deməkdir ki, ağır texnikaların hamısını çıxaracaqlar. Yəni ermənilər bu müqavilənin müddəalarını icra etdikcə biz 10 noyabrdan sonra azad edilmiş ərazilərimizdə təxribat törətmək istəyən Ermənistan vətəndaşlarını geri qaytaracayıq".

Politoloq həmçinin qeyd edib ki, Ermənistan həbs edilənlərlə bağlı Avropa məhkəməsinə də müraciət edib: "Məhkəmə qaydalarının 39-cu maddəsinə əsaslanaraq, tez bir qərar verməsini istəyib. Məhkəmə də deməyib ki, Azərbaycan həmin şəxsləri qaytarmalıdır. Yəni Azərbaycan o şəxslərin saxlanılmasının qanuniliyinə Avropa məhkəməsi heç bir fikir bildirmədi. Sadəcə söylədi ki, Azərbaycan əlində olan şəxslərin adlarını verməlidir və onları normal, humanist bir şəraitdə saxlamalıdır. Azərbaycan da indi hal-hazırda həmin şəxslərə Qırmızı Xaç təşkilatının nümayəndələrini buraxır. Onlar öz yaxınlara məktub yaza bilirlər. Yəni beynəlxalq hüquq baxımından həmin şəxslərin saxlanılmasında Azərbaycan hər hansı bir pozuntu törətmir. Həmin şəxslərin qaytarılması üçün Ermənistan hal-hazırda bütün dünyada çox geniş kampaniya aparır. Amma biz sırf kampaniyaya görə həmin şəxsləri qatarası deyilik. Ermənistan ordusu nə qədər ki, qanunsuz olaraq işğal etdiyi ərazilərdə qalacaq onlar işğalçı statusunu daşıyacaqlar. Qeyd edim ki, əsirlərin qaytarılması da qarşı tərəfin 10 noyabr müqaviləsini şərtsiz yerinə yetirməklə reallaşacaq".

sia.az

Digər xəbərlər