Siyasət

  • 3 167

Çingiz Qənizadə: Son illər beynəlxalq hüquq güclü dövlətlərin əlində siyasi alətə çevrilib

image

“Təəssüf ki, son illər beynəlxalq hüquq güclü dövlətlərin əlində siyasi alətə çevrilib. Bu səbəbdən də beynəlxalq hüquq normaları işləmir. Əksi olsaydı, mina terroru törədən Ermənistana, ona havadarlıq edənlərə müəyyən qədər cəza tədbirləri tətbiq edilə bilərdi”.Bu fikirləri “Yeni TV”nin canlı yayımında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, təcavüzkarla təcavüzə məruz qalan arasında fərqin müəyyən edilməməsi səbəbindən bügünkü hadisələr baş verir: “Təcavüzkara dəstək olmaq istiqamətində atılan addımlar, Ermənistanın bugünkü insanlıq əleyhinə cinayətlərinə, əldə olunan razılaşmalara arxa çevirməsini stimullaşdırır. Belə olan halda çox ağır sual yaranır. Ermənistan bu şıltaqlığı və cinayəti kimə arxayın olaraq törədir? Görünən budur ki, Ermənistanın arxasında dayanan qüvvələr heç də haqqı, ədaləti, müharibənin qarşısının alınmasını deyil, təcavüzkar, dini, etnik baxımdan onlara yaxın olan dövləti dəstəkləyir. Ermənistanın cəzalanması, bu cür terror aktlarının təşkilində iştirak edən şəxslərin tapılıb cəzalandırılması üçün mütləq Ermənistana təzyiq edilməlidir. Beynəlxalq təşkilatlar təzyiqlər və ciddi sanksiyalar tətbiq etmədikcə, Ermənistan bu kimi əməllərindən əl çəkməyəcək”.

yap.org.az

Digər xəbərlər