Siyasət

  • 3 758

Qurtuluşdan tərəqqiyə gedən yol

image

YAP İsmayıllı rayon təşkilatı 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə bir qrup fəal partiya üzvlərinin iştirakı ilə pandemiya qaydalarına uyğun olaraq Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş sənədli filmə, rəsm əsərlərinə, kitablara, Onun haqqında dövlət başçılarının, görkəmli şəxsiyyətlərin söylədiyi fikirlərdən və Ümummilli Liderin hikmətli kəlamlarından ibarət sərgiyə baxış keçirilmişdir.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd etdi ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiyaya son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

sia.az

Digər xəbərlər