Siyasət

  • 1 873

Ermənistan niyə sülh danışıqlarına getmir? - DEPUTATDAN AÇIQLAMA

image

"Azəbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində düşməni darmadağın edərək işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Düşmən təslim aktına - 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza atdı. Artıq Bəyanatın imzalanmasından 10 aydan artıq vaxt keçib. Bu dövr ərzində Azərbaycan iğaldan azad olunmuş ərazilərinin bərpası ilə əlaqədar genişmiqyaslı tikinti-quruculuq işlərini həyata keçirir. Çox təssüflər olsun ki, Ermənistan tərəfi hələ də Azərbaycanın tarixi qələbəsi və öz acnacaqlı məğubiyyətləri ilə barışa bilmir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında Ermənistan tərəfini sülh danışıqlarına dəvət edib: "Bu bəyanatlarda qeyd olunub ki, sülh sazişi bağlanmayınca bütünlükdə Cənubi Qafqazda sülhməramlı inkişaf və əməkdaşlıq baş tutmayacaq. Ermənistan hakimiyyəti sülh sazişinə dair danışıqlara başlamağa dair Azərbaycan tərəfinin çağrışlarına məhəl qoymur. Əksinə Azərbaycanın Ermənistanla mövcud olan dünya birliyi tərəfindən tanınan sərhədlərində təxribatlar törətməklə sülh danışıqlarından uzaq olduqlarını sübut edirlər. Ermənistanın rəsmi hakimiyyəti də daxil olmaqla bu ölkədəki bəzi qüvvələr artıq tarixin arxivinə göndərilmiş “status” məsələsini gündəmə gətirmək istəyirlər. Bu əhval-ruhiyə Ermənistanın öz əleyhinə işləyir. Hazırda Ermənistan dalandadır. Üçtərəfli bəyanatda nəzərdə tutulmuş kommunikasiya xətlərinin açılması birinci növbədə Ermənistanın xeyrinədir. Bu vəziyyətdən çıxmağın yeganə bir yolu var. O da tez bir zamanda Azərbaycanla sülh danışıqlarına başlamaq və sülh sazişini bağlamaqdır".

sia.az

Digər xəbərlər