Siyasət

  • 833

"Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı..." - HƏRBİ EKSPERT AÇIQLADI

image

"Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının dağda xəsarət almış şərti zərərçəkənin "Mi-8 AMTŞ Terminator" vertolyotu ilə təxliyəsi üzrə təlim keçirməsi ilə bağlı Azərbaycan rəsmi şəkildə mövqe bildirməyib". Bu sözləri SİA-ya açıqlamasında Şair Ramaldanov deyib.Onun sözlərinə görə helikopterin Azərbaycanın hava məkanına daxil olmağı üçün əlbəttə icazə almalıdır: "Rus sülhməramlı qüvvələrinin Laçın dəhlizindən istifadə etməsi üçün saziş başlamışıq. Hava məkanını isə Azərbaycan tərəfi qoruyur. Düşünürəm ki, hər hansı bir təyyarə və yaxud helikopter Azərbaycanın müvafiq strukturlarının icazəsi olmadan ölkəmizin hava məkanına daxil ola bilməz. Onlar Rusiyanın sülhməramlı qüvvələri olsa da, onlar hərbiçilərdir. Sülhməramlı qüvvələr də daim öz döyüş hazırlığı ilə məşğul olurlar. Onların yerləşdirildiyi yerdə xilasetmə əməliyyatları ilə bağlı təlimlər keçirilməsi normaldır. Ona görə də Rusiyanın prinsip cəhətdən indi yerləşdiyi ərazi də dağlıq ərazidir. Belə bir formada təlimlərin keçirilməsi Azərbaycan maraqlarına zidd deyil. Biz bilməliyik ki, onlar Rusiya silahlı qüvvələrinə məxsus olan hərbi hissədir və hərbi hissə olaraq onlar yerləşdirildikləri yerdə döyüş hazırlığı ilə məşğul olmalıdırlar. O cümlədən bu mövzu da onların döyüş hazırlığı proqramında var. Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı Azərbaycan rəsmiləri bu günə qədər irad bildirməyib. Sadəcə cənab Prezident onlarla bağlı fikirlərini, iradlarını bildirdi. Düşünürəm ki, bütün proseslər Azərbaycan dövlətinin nəzarəti altındadır. Əgər, Azərbaycan dövlətinə zidd olan hər hansı bir addım atılarsa, rəsmilərimiz mövqe bildirəcəklər".

sia.az

Digər xəbərlər