Siyasət

  • 2 236

Tarix yazan və adını tarixə əbədi yazdıran xalq - CANLI

image

Belə bir deyim var: tarixi qaliblər yazır. Eyni zamanda, azadlıq, müstəqillik və Vətənin bütövlüyü uğrunda şərəfli mübarizə apararaq zəfər çalan xalqlar öz adlarını tarixə müzəffər xalq kimi yazdırırlar. Qürurverici haldır ki, XXI əsrdə döyüş meydanında işğalçını cəzalandıraraq torpaqlarını 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən xilas edən Azərbaycan xalqı də tarix yazıb və öz adını tarixə silinməz izlərlə - əbədi yazdırıb.

Hər anı və məqamı qəhrəmanlıq dastanı olan şanlı Zəfər yürüşü
27 sentyabr 2020-ci il tarixindən başlayan şanlı və möhtəşəm Zəfər yürüşünün hər bir anı, hər məqamı qəhrəmanlıq dastanıdır. Məlumdur ki, Ermənistanın uzun müddət işğalçı siyasətini davam etdirməsi, beynəlxalq birliyin isə laqeyd, qərəzli, ikili standartlara əsaslanan məsuliyyətsiz yanaşması Azərbaycan dövlətinin və xalqının səbrini tamamilə tükəndirmişdi. Təcavüzkar dövlətin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələndi. Bu, eyni zamanda, xalqımızın milli qürurunun, milli ləyaqətinin bərpası oldu. Azərbaycan dövləti, eyni zamanda, “münaqişənin hərbi həlli yoxdur” deyən dairələrin, ikili standartlara əsaslanan, qərəzli mövqe ortaya qoyanların, ermənipərəst dairələrin siyasətini iflasa uğratdı. Dəfələrlə “Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq”,- deyə qətiyyətlə bəyan edən Prezident İlham Əliyevin dəmir məntiqi, xalqımızın həmrəyliyinin, dövlətimizin isə qüdrətinin ifadəsi olan “Dəmir yumruq” öz sözünü dedi – Azərbaycan uzun illər BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasına öz gücü ilə nail oldu. Ölkəmiz bütün dünyaya haqlının güclü olduğunu, xalq-lider birliyinin ədalətin bərpasına və təntənəsinə gec-tez müvəffəq olacağını sübut etdi.
Yeni nailiyyətlərə və zəfərlərə doğru…
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu, xalqımızın həmrəyliyinin ifadəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Vətən övladlarına ali ehtiramın bariz nümunəsi - əyani ifadəsidir. Vətən yolunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəmanlarımızla qürur duyuruq.Əminliklə söyləmək olar ki, dövlətimizin gücü – qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu – sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq, yeni zirvələr fəth edəcəyik. Azərbaycan xalqı bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.Yaşasın güclü Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

sia.az

Digər xəbərlər