Siyasət

  • 1 516

“Hərbi əməliyyatlar Ermənistanın ağır məğlubiyyəti ilə nəticələndi” - BƏYANAT

image

“Uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanın 12 iyul 2020-ci il tarixdə ərazilərimizi atəşə tutması nəticəsində dinc insanlar yaralandı, həlak oldu, yaşayış yerləri dağıdıldı. Dünya birliyinin kəskin etirazını görməyən erməni silahlı birləşmələri 27 sentyabr 2020-ci ildə mövqelərimizi yenidən atəşə tutdular. Azərbaycan bu təcavüzə cavab vermək, əks-hücuma keçmək məcburiyyətində qaldı. 44 gün davam edən hərbi əməliyyatlar Ermənistanın ağır məğlubiyyəti və işğal etdiyi torpaqları azad etməsi ilə nəticələndi”. Bu fikirlər 27 sentyabr Anım Günü ilə bağlı Azərbaycan Naminə Alyans Partiyasının yaydığı Bəyanatda vurğulanır. Bəyanatda qeyd olunur ki, danışıqlar yolu ilə ərazilərimizdən çıxmaq istəməyən qonşu dövlət 3000-ə yaxın əsgərimizin həlak olması, minlərlə əsgərin yaralanması ilə nəticələnən müharibədən sonra beynəlxalq hüququn tələblərinə əməl etməyə məcbur oldu: “Hərbi əməliyyatlar nəticəsində yaşayış məntəqələrimiz darmadağın edildi, 100-dən artıq dinc insan qətlə yetirildi, yaralandı. Azərbaycandan fərqli olaraq Ermənistan əsas raket zərbələrini hərbi obyektlərə deyil, dinc insanların yaşadığı ərazilərə yönəltdi. Qadağan olunmuş silahlardan istifadə halları ağır fəsadlar törətdi, uşaq ölümlərinə, onlarla uşağın şikəst olmasına səbəb oldu.Bu cinayətlər xalqımızın əzmini, iradəsini qıra bilmədi, döyüş əməliyyatlarının keçirildiyi ərazilərdən çıxmayan, evlərini tərk etməyən həmvətənlərimiz ordumuzun gücünün dəfələrlə artmasına yardımçı oldular. Mülki əhalinin və əsgərlərimizin göstərdiyi qəhrəmanlıq bundan sonra minillərlə tariximizin ən şərəfli səhifəsi kimi yaşayacaqdır. Azərbaycan Naminə Alyans Partiyası Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanların xatirəsini böyük sevgi və hörmətlə yad edir, Ermənistan silahlı qüvvələrinin dinc insanların, qocaların və uşaqların ölümü və ağır xəsarətlər alması ilə nəticələnən hərəkətlərini pisləyir və dünya birliyini bundan sonra laqeyd qalmamağa, bu cür təxribatların qarşısını vaxtında almaq üçün qəti mövqe tutmağa çağırır”.

sia.az

Digər xəbərlər