Siyasət

  • 2 156

Dəmir yumruğun Zəfər salnaməsi

image

27 sentyabr 2020-ci il – bu tarix işğalçıya yerini göstərdiyi gündür. Bu tarix torpaqlarımızın azadlığı ilə başa çatan Vətən müharibəsinin başlanmasının və 44 gün ərzində zəfərlə başa çatdığı bir ilinin tamam olduğu gündür. Həmin gün Ermənistanın təxribatlarından sonra Ali Baş Komandanımızın “Dəmir yumruq” siyasəti ilə Güclü Azərbaycan Ordusunun igid əsgər və zabitlərimizin rəşadəti ilə 44 gün ərzində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət bərpa olunudu, 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu.Bir sözlə, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Güclü Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin söylədiyi kimi: "İkinci Qarabağ müharibəsi o müharibədir ki, Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.Bəli, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti bir daha sübut etdi ki, əldə olunmuş Qələbə həqqın, ədalətin təntənəsidir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur. 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib. Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”.Bəli, hər zaman işğalçı mövqedə olan Ermənistanın inkişafı üçün yeganə yol isə öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik.Ali Baş Komandanımız, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı da bildirdi ki, 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq: «Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq».Dövlət başçısı son 18 illik fəaliyyəti müddətində müharibə vekteranlarına, şəhid ailələrinə həmişə qayğı ilə yanaşıb. Ali Baş Komandanımız Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı da bildirdi ki, biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik: “44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyil”.Bəli, məhz 44 gün davam edən İkinci Vətən Müharibəsində Ermənistana layiq olduğu yer göstərildi. Düşmənçilik Ermənistana çox baha başa gəldi. 30 il ərzində Ermənistanda müstəqil dövlət qura bilmədilər və indi onlar xarici dairələrdən və xarici hərbi yardımdan tam asılı olduğu üçün onlardan gələn siyasi sifarişlərdən də tam asılıdır.Bir sözlə, düşmənçilik və Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı və ədalət özünü göstərdi. Havadarlarının əli ilə qalib gəlmək xülyası, arzu etdikləri nə vardısa, hamısı puç oldu. 27 sentyabrdan başlanan şərəfli yol qələbəmizlə başa çatdı. Artıq bu gün işğaldan azad olunmuş torpaqlarımızda infrastruktur layihələri həyata keçirir. Şuşa dirçəldilir. Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə enişi oldu. Ərazilərimizin minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması, məcburi köçkünlərin geri qayıtması üçün işlərin görülməsi onu söyləməyə əsas verir ki, 30 il düşmən tapdağı altında qalan, amma azad ediləcəyinə hər zaman əmin olunan bu torpaqlarda artıq bu gün yeni həyat başlayıb.Ən əsası isə bütün bu uğurlar, məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli addımı, mövqeyi və nəhayət, yürütdüyü «Dəmir yumruq» siyasəti dayanır. Məhz bu Zəfər Qələbəsini isə torpağını, Vətənini sevən, döyüş meydanında vuruşub bu yoldan dönməməyi seçən, azadlığın verilmədiyini, alındığını sübut edən qəhrəman oğullarımız oldu. Və bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da torpaqlarımızın işğaldan azad edilməsi üçün həyatını qurban verən 3000-ə qədər şəhidimizi böyük ehtiramla xatırlayır, anır, xatirələrini uca tutur. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!

HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər