Siyasət

  • 2 238

YAP Suraxanı rayon təşkilatında Anım Günü ilə bağlı görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında Vətən müharibəsində şəhid olmuş rayon sakinlərinin ailə üzvlərinin iştirakı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar görüş keçirilib. Görüşdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Suraxanı rayonunda 54 şəhid və bir itkin ailəsinin olduğunu xatırladaraq bildirib ki, hər bir şəhid ailəsinin qarşısında ehtiramla baş əyirik. 44 günlük Azərbaycan tarixinin ən şanlı qələbəsindən söhbət açan YAP Suraxanı rayon təşkilatının sədri bildirib ki, müasir dünya hərb tarixində ilk olan qısa müddət ərzində bu qədər böyük miqyaslı və siyasi əhəmiyyətli qələbənin qazanılması xalq, dövlət və ordunun birgə harmoniyasından irəli gələn amildir. Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalqımız bir addım belə öz haqlı mövqeyindən geriyə çəkilmədi. V.Seyidov ifadə edib ki, Prezident dəfələrlə vurğulayıb ki, müasir silahları, texnikanı idarə edən insandır. Əgər bu qəhrəman ruh, bu igid, mərd xalqımız olmasaydı, biz qələbəni qazana bilməzdik. Məhz bu səbəbdən, biz şəhidlərimizə minnətdarıq.İstər müharibə dövründə, istərsə də sonrakı zaman kəsiyində Möhtərəm Prezident, YAP Sədri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid, qazi və müharibə veterenlarına olan qayğısına toxunan rayon təşkilatının sədri bildirib ki, həssas təbəqədən olan insanlara qarşı münasibətdə bizlər də məhz dövlət başçısından örnək götürməliyik.YAP Suraxanı rayon təşkilatının sədri qeyd edib ki, ötən bir il ərzində şəhid ailələri və qazilərlə mütəmadi olaraq çoxsaylı görüşlər keçirilib. Onların evlərinin ziyarət edildiyini, dəfələrlə rayon təşkilatının inzibati binasına dəvət olunduqlarını və onların qayğılarının hər zaman diqqətdə saxlanıldığını deyən Vüqar Seyidov bugünkü görüşün də məqsəd və məramının məhz şəhid ailələrini dinləmək, onlarla bərabər olmaq arzusunda olduğunu bildirib. Görüş zamanı şəhid ailələrinin nümayəndələrinin çıxışları dinlənilib, onların hər birinin təklif və qayğıları ilə maraqlanılıb. YAP Suraxanı rayon təşkilatının səlahiyyətləri çərçivəsində onların problemlərinin araşdırılıb həll olunacağı bildirilib.Sonra görüşdə iştirak edən şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı, YAP-ın Sədri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Sonda Vətən müharibəsində şəhid olmuş rayon sakinlərinin ailə üzvləri YAP Suraxanı rayon təşkilatının inzibati binasının önündə xatirə şəkli çəkdiriblər.

sia.az

Digər xəbərlər