PDF Oxu

Siyasət

  • 3 220

"Biz fəxr edirik ki, bizim belə qüdrətli Prezidentimiz var" - OLİMPİYA ÇEMPİONU AÇIQLADI

"Biz fəxr edirik ki, bizim belə qüdrətli Prezidentimiz var" - OLİMPİYA ÇEMPİONU AÇIQLADI

"Təbii ki, bu zəfər çox sevindirici haldır. Cənab Prezidentimizin, Ali Baş Komandanımızın 30 il ərzində işğalda olan, bizim gözümüzü yollarda qoyan torpaqlarımızı geri qaytarması böyük və sevindirici haldır. Buna görə mən minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət etsin! Onların ailələrinə Allahdan səbr diləyirəm. Çox şükürlər olsun ki, Ali Baş Komandanımızın əmri ilə bizim müzəffər ordumuz dədə-baba torpaqlarımızı geri qaytardı". Bunu SİA-ya açıqlamasında Azərbaycan cüdoçusu, Olimpiya çempionu Elnur Məmmədli deyib.

Onun sözlərinə görə, həqiqətən, bu zaman bilindi ki, bizim dostumuz kimdi, düşmənimiz kimdi. Bizim yanımızda qardaş Türkiyə, dost Pakistan və İsrail oldu. Ümummilli lider Heydər Əliyevə Allah rəhmət etsin! Onun siyasətinin davamını biz gördük. O zaman onu çıxışlarını izləyirdim. Əminliklə deyirdi ki, vaxt gələcək biz Qarabağa qayıdacağıq.

Elnur Məmmədli bu haqda fikirlərini belə izah edib: "Təbii ki, Onun oğlu, Azərbaycanın sevimlisi hörmətli Prezidentimiz və birinci xanım Mehriban Əliyeva Ümummilli liderin bu sözlərini həyata keçirdilər. Xalqımıza misilsiz sevinc yaşatdılar. Cənab Prezidentə bir daha təşəkkür etmək istəyirəm. Məlum olduğu kimi bu yaxınlarda “Mənim atam bir qəhrəmandır” adlı gözəl bir layihə həyata keçirildi. O layihədə biz iştirak etdik. Şuşaya getdik. İsa bulağını ziyarət etdik. Mən bir idmançı kimi dünyanın hər yerində olmuşam. Amma bu cür gözəl yerə rast gəlməmişəm. Səfərim zamanı yeni yol tikintisi aparılırdı. Mən sual verəndə deyirdilər ki, bizim cəngavər oğullarımız bu qayalardan keçib. İndi isə bura yoldur. Ona görə də, yolun adını Zəfər yolu qoyublar. Bizim ordumuz öz qələbəsi ilə bütün dünyaya mesaj verdi. Biz fəxr edirik ki, bizim həm belə qüdrətli Prezidentimiz, həm də belə qüdrətli ordumuz var".

sia.az

Digər xəbərlər