Siyasət

  • 793

"Hadrutun gələcək inkişafı ilə bağlı Prezident bir sıra mesajlar verdi" - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Cənab Prezidentin işğaldan azad olunmuş hər bir bölgəyə səfər etməsi və ictimaiyyət nümayəndələri ilə görüşməsi xüsusi əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.Onun sözlərinə görə, ilk növbədə cənab Prezident həmin bölgələrdən, eyni zamanda Hadrut qəsəbəsindən də işğalçıya və işğalçının havadarlarına mesaj verir ki, bu torpaqların sahibləri bizik və biz buradayıq: ““Sizin dağıtdığınız, viran qoyduğunuz, vəhşilik etdiyiniz bu torpaqların biz sahibi olaraq bərpa etməyə, tikməyə, qurmağa, inkişaf etdirməyə gəlmişik. Siz 30 il ərzində bizim torpaqlarımızı viran qoymusunuz. Amma biz qurucu, yaradıcı dövlətik”. Cənab Prezident bütün səfərlərində çoxsaylı və müxtəlif açılışlar edir, bünövrələr qoyur. Əhalinin bu yerlərə qayıtması üçün şərait yaradılır. Bunların hamısı vacib şərtlərdir. Bununla yanaşı cənab Prezident Xocavənddə ictimaiyyətlə görüşdə Hadrut qəsəbəsinin və Xocavənd rayonunun digər ərazilərinin işğaldan azad olunmasında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı, igidliyi qeyd etdi”.Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Hadrutun işğaldan azad olunması mühüm əhəmiyyət kəsb edir: “Səfər zamanı Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun yeni bünövrəsi qoyuldu. Bundan əlavə Füzuli-Hadrut yeni dörd zolaqlı yol, Hadrut və başqa kəndlər arasında olan yollar yenidən qurulacaq. Bu barədə layihələr üzərində işlənilir. Hadrutun gələcək inkişafı ilə bağlı cənab Prezident bir sıra mesajlar verdi. Həmin bölgənin bütövlükdə beynəlxalq mədəniyyət və turizm mərkəzi kimi inkişaf etdiriləcəyi barədə, kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra mesajlar verdi. Bütün bu işlərin hamısı əhalimizin işğaldan azad olunmuş ərazilərə daha tez qayıtmasına səbəb olacaq”.

Arzu Qurbanzadə

Digər xəbərlər