PDF Oxu

Siyasət

  • 2 502

"Biz gələcək nəslimizə zəfər tarixini keçəcəyik" - POLİTOLOQ ŞƏRH ETDİ

"Biz gələcək nəslimizə zəfər tarixini keçəcəyik" - POLİTOLOQ ŞƏRH ETDİ

“Qubadlı rayonunun işğaldan azad olunması mühüm strateji əhəmiyyətə malik idi. Çünki Qubadlıdan sonra Azərbaycan Ordusu Laçın dəhlizinə nəzarət edə bildi ki, bu da müharibənin müqəddəratını həll edirdi. Eyni zamanda Laçın dəhlizinin Qarabağın tranzit-logistika imkanları nöqteyi-nəzərindən də böyük əhəmiyyəti var. Bununla da müharibədə əsaslı dönüş oldu və ermənilər öz məğlubiyyətlərini dərk etməyə başladılar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Politoloqun sözlərinə görə, bundan sonra müzəffər ordumuz Şuşaya daxil oldu və 30 il ərzində işğalda olan Şuşamızı işğaldan azad etdi: “Bununla da Azərbaycan tarixi zəfər qazandı. Bu gün Qubadlı üçün yeni dövr başlayıb. Qubadlının yenidən qurulması və erməni vandallarının bölgədəki yırtıcı fəaliyyətinin bərpası dövrüdür. Burada infrastruktur layihələrinin icrası həyata keçirilir. Əsasən avtomobil yolları, elektrik stansiyalar uğurla istifadəyə verilib. Əsas məsələ isə ərazilərin minalardan təmizlənməsidir. İşğal zamanı minalar Qubadlı rayonuna da basdırılıb. Minalardan təmizlənmə prosesindən sonra yaşayış evlərinin inşası və öz evlərindən didərgin düşmüş qubadlıların isti ocaqlarına qaytarılması prosesi baş verəcək. Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərin sakinləri ilə görüşləri artıq ənənəyə çevrilib”.İ.Hüseynov vurğulayıb ki, bu görüşlərdə sakinlər cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər: “Biz hər il Qubadlı zəfərini xatırlayacağıq. Azərbaycan Ordusunun 2020-ci ildəki böyük qələbəsi tarixi gündəmimizdə olan matəm, işğal günlərini artıq zəfər günlərinə çevirib. Sevindirici bir məqamdır ki, biz gələcək nəslimizə zəfər tarixini keçəcəyik. Onlar zəfər tarixini öyrənib, bu tarixi təhlil edəcəklər. Bu tarix silsilə şəkildə gələcək nəsillərə ötürüləcək”.

Müəllif: Aysel Məmmədova

Digər xəbərlər