Siyasət

  • 2 811

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında seminar keçirilib

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan", "Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin gördüyü işlər", "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanist addımları" mövzularında seminarlara start verilib. Növbəti seminarlar yaxın günlərdə baş tutacaq. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının akt zalında təşkil olunan seminarda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon icra hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva və rayonun digər tanınmış şəxsləri iştirak ediblər. Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Seminar Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov "Heydər Əliyev və Azərbaycan" mövzusunda giriş sözü ilə çıxış edərək, Dahi Şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərini qeyd edib. O, vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması, məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.Sonra Nəsimi rayon icra hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva Cənab İlham Əliyevin apardığı mütərəqqi siyasət barədə geniş məruzə ilə çıxış edib: "Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir". G.Verdiyeva bildirib ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi diqqət və qayğısını bütün dünya görür və yüksək qiymətləndirilir.Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının əməkdaşı Abbas Pənahov Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Sonda çıxış edən Nəsimi rayon bələdiyyəsinin sədr müavini Söhrab Həşimov Ulu Öndər Heydər Əliyevin gənclərə göstərmiş olduğu qayğıdan bəhs edib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər